Səudiyyə Ərəbistanının ev sahibliyi edəcəyi DÇ-2034 təxirə salına bilər

Səudiyyə Ərəbistanının ev sahibliyi edəcəyi DÇ-2034 təxirə salına bilərSəudiyyə Ərəbistanında keçirilməsi planlaşdırılan 2034-cü il futbol üzrə dünya çempionatı (DÇ-2034) 2035-ci ilə təxirə salına bilər.
KONKRET.azxəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.
Buna səbəb kimi turnirin müsəlmanlar üçün müqəddəs olan Ramazan ayına, həcc mövsümünə və ya yay aylarındakı kəskin istilərə təsadüf etməməsi göstərilir.
Nəşr qeyd edir ki, yüksək temperatur səbəbindən yarışın yay mövsümündə baş tutacağı inandırıcı deyil. "Politico"nun məlumatına əsasən, 2034-cü ildə Ramazan ayı təqribən noyabrın 12-də başlayacaq və dekabrın 12-də başa çatacaq. Mart ayının əvvəllərində isə həcc ziyarəti üçün təxminən 2 milyon insanın Səudiyyə Ərəbistanına yollanması gözlənilir.
2034-cü ilin yanvar və fevral ayları da dünya çempionatının təşkili üçün əlverişli olmaya bilər. Çünki həmin ərəfədə ABŞ-nin Solt-Leyk-Siti şəhərində Qış Olimpiya Oyunları keçiriləcək ki, bu da sponsorların büdcəsini və izləyicilərin diqqətini yayındıra bilər.
"Politico"nun qənaətinə görə, mövcud vəziyyətdə dünya çempionatının 2035-ci ilin əvvəlində keçirilməsi ilə bağlı qərar qəbul edilə bilər.
FIFA-nın bu cür addımı nəzərdən keçirdiyinə dair rəsmi açıqlaması olmasa da, nəşr belə bir ssenarinin istisna edilmədiyini vurğulayır.
Adətən futbol üzrə dünya çempionatları yay aylarında təşkil olunur. Lakin ev sahibi Qətərdəki yüksək hava temperaturu ilə əlaqədar olaraq, turnir 2022-ci ildə ilk dəfə payız-qış mövsümündə baş tutmuşdu.oxu.az

İdman       Tarix: 21 iyul 2026
f Paylaş

Oxşar xəbərlər

"Barselona" El-Klasikoya xüsusi formalarla çıxacaq

"Barselona" klubu oktyabrın 26-da La Liqada "Real Madrid"lə keçirəcəyi El-Klasiko matçında amerikalı reper Tayler (The Creator) tərəfindən yaradılmış GOLF WANG brendinin loqosunu daşıyan xüsusi formad

Kilian Mbappenin anası korrupsiya işi üzrə dindirildi

"Real Madrid" klubunun fransalı hücumçusu Kilian Mbappenin anası və eyni zamanda meneceri olan Fayza Lamari rüşvətvermə şübhəsi ilə Fransa polisi tərəfindən dindirilib. bu barədə "L"Équipe" nəşrin

Günel Bədəlovaya yüksək vəzifə verildi

Oktyabrın 17-də Polşanın Zakopane şəhərində Beynəlxalq Xizək Alpinizmi Federasiyasının (ISMF) Plenar Assambleyası keçirilib. -a istinadla xəbər verir ki, assambleyada Azərbaycanı Qış İdman Növləri Federasiyasının Baş katib

Bugünkü oyunları yayımlayacaq kanallar

UEFA Avropa Liqasının və Konfrans Liqasının Liqa mərhələlərində bu gün keçiriləcək bəzi oyunlara Azərbaycan və Türkiyə telekanalları vasitəsi ilə canlı yayımla baxmaq mümkün olacaq. KONKRET.azxəbər verir ki, qarşılaşmala

"Turan Tovuz" "İmişli"yə, "Zirə" "Kəpəz"ə qarşı 

Misli Premyer Liqasında VII tura bu gün yekun vurulacaq. xəbər verir ki, son olaraq iki qarşılaşma keçiriləcək. Günün ilk oyununda "Turan Tovuz" səfərdə "İmişli" ilə üz-üzə gələcək. Matç saat 15:00-d

"Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil" - Azər Bağırov

"Şamaxı"nın baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 7-ci turunda "Zirə" ilə səfərdə 1:1 hesablı heç-heçə etdikləri oyunu şərh edib. xəbər verir ki, mütəxəssis matçdan sonra keçirilən mətbua

"Qarabağ" "Sabah"ı təbrik etdi

"Qarabağ" klubu "Sabah"ı UEFA Çempionlar Liqasının Liqa mərhələsində ilk qələbəsini qazanması münasibətilə təbrik edib. xəbər verir ki, Ağdam təmsilçisi bununla bağlı rəsmi sosial şəbəkə hesabında paylaşı

Millinin baş məşqçiliyinə namizəd göstərilən Ardadan açıqlama

Vinçenzo Montellanın gedişindən sonra adı milli komandanın baş məşqçisi vəzifəsinə potensial namizəd kimi çəkilən Arda Turan açıqlama verib. xəbər verir ki, Turan bu təklifə çox sevindiyini deyib:. "Hisslərimi təsvi

Avropa Liqası: Bu gün 15 oyun var

Bu gün UEFA Avropa Liqasının əsas mərhələsinin ikinci turu çərçivəsində növbəti oyunlar baş tutacaq. xəbər verir ki, turun bütün qarşılaşmaları bu gün Bakı vaxtı ilə saat 20:45 və 23:00-da başlayacaq. UEFA Avropa Liqası


yeni xeberler azerbaycan xeberleri son xeberler sonxeber krimnal bugun son.xeber cəbhədən son dəqiqə