Səudiyyə Ərəbistanının yeni neft planı - Hərəkətə keçdilər
Səudiyyə Ərəbistanı bir neçə ay ərzində neft ixracatını gündəlik 10 milyon barelə çatdıracaq.
Publika.az xəbər verir ki, bu barədə məlumatı ölkənin Energetika naziri Əbdül Əziz bin Salman yayıb.
"Əl-Ərəbiə" telekanalının xəbər saytında yer alan informasiyaya görə, nazir ölkədəki 250 min barel civarındakı gündəlik istehlakı üçün "Fadhili" yatağından əldə edilən məhsuldan istifadə edəcəklərini bildirib. Bunun da böyük miqdarda ixraca imkan yaradacağını qeyd edib.
Əlavə edək ki, Səudiyyə Ərəbistanından neft ixracının həcmi 2018-ci ilin dekabr ayıbda gündəlik 7,69 milyon barel olub. 2019-cu ilin dekabr ayında isə bu rəqəm 7,373 milyon barel təşkil edib.
Xatırladaq ki, Səudiyyə Ərəbistanının liderliyindəki Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və Rusiyanın liderlik etdiyi OPEC+ ölkələrinin 6 martda Avstriyanın paytaxtı Vyanada təşkil etdikləri toplantıda neft istehsalının dayandırılması qərarının verilməməsi "qara qızıl"ın qiymətinin son 4 ilin ən aşağı səviyyəyə düşməsinə yol açmışdı. Adıçəkilən hər iki ölkənin ötən həftə qlobal neft bazarında paylarını artırmaq üçün aprel ayından etibarən istehsal miqdarını yüksəldəcəyini açıqlaması qiymətlərin aşağı səviyyədə qalmasına səbəb olur.
Zümrüd

Premyer Liqa: VI tura bu gün iki oyunla yekun vurulacaq
Rəsmi Bakıdan 20 Sentyabr mesajı: "...əbədidir"
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
Neft həftəni bu qiymətlə başladı
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - Fotolar
Zaur Kamalın səhhətində problem yarandı
Zaurla xəstəxanaya yerləşdirildi - Vəziyyəti necədir?
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
İsrail Səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi
"Şamaxı" "Araz-Naxçıvan"a qalib gəldi
"Yuventus"un qapıçısı zədələndi
"Fənərbağça" rəqibini darmadağın etdi – Tarixi hesab
"Bakıkart"dan Qarabağ Universitetinin yüksək nəticə göstərən tələbələrinə 100 gedişlik nəqliyyat dəstəyi