Sevgilisinə özünü "Yarasa"nın zabiti kimi təqdim etdi - Yalanı üzə çıxdı

Sevgilisinə özünü Sosial şəbəkədə tanış olduğu qadına qarşı dələduzluq edən Anar Quliyevin (soyad şərtidir) məhkəməsi başa çatıb.
KONKRET.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hökmünə əsasən, 1984-cü il təvəllüdlü A.Quliyev 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Anar Nərgiz Məmmədova (ad-soyad şərtidir) ilə tanış olan zaman özünü XTQ-nin keçmiş mənsubu kimi təqdim edib. O, Vətən müharibəsi başlayan zaman sentyabrın sonunda Nərgizə zəng edərək, guya döyüşə çağırıldığını bildirib. Anar mütəmadi olaraq qadına zəng vurub yalandan cəbhə bölgəsində olduğunu, döyüş əməliyyatlarında iştirak etdiyini söyləyib.
Vətən müharibəsi başa çatandan sonra sosial şəbəkədə tanış olan şəxslər görüşüblər. Anar ilk tanışlıq zamanı özünü Xarici Kəşfiyyat Xidmətinin "Yarasa" adlı xüsusi təyinatlı dəstəsinin xidmət vaxtı yaralanması səbəbindən ehtiyata çıxmış zabiti kimi təqdim edib. 2021-ci ilin yanvar ayının 28-də Anarın anası onlara elçi gedib, lakin qızın valideynləri düşünmək üçün vaxt istəyiblər.
Maraqlıdır ki, Anarın anası da oğlunun yalanına şərik çıxıb və övladının zabit olduğunu təsdiqləyib. Əslində isə məlum olub ki, sevgilisinə yalan danışan şəxs özəl şirkətlərin birində mühafizəçi işləyirmiş.
Anar bu ərəfədə Nərgizi DTX-də işə düzəldə biləcəyini deyib, bunun üçün kurslara qatılmalı olduğunu qeyd edib. A.Quliyev bu səbəbdən ümumilikdə qarşı tərəfdən müxtəlif bəhanələrlə 10 000 manata yaxın pul alıb.
2021-ci ilin sonlarında isə Nərgizlə Anarın münasibətləri pozulub. Qadın aldadıldığını başa düşüb və Anarın əməlləri barədə hüquq-mühafizə orqanlarına şikayət edib.
Bundan sonra Anar Nərgizə mesaj yazıb: "Səhər məni apardılar, dedilər ki, mən filankəsin adından kimlərdənsə pul alıb işə düzəltmişəm. Sən evdə kiməsə nəsə demisən? Dedim ki, demə də evdə. Rütbəmi "cırdılar", hər şeyimi aldılar əlimdən".
Qeyd edək ki, Anar Quliyev daha öncə də məhkumluq həyatı yaşayıb. O, həmin vaxt Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə (Məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə) təqsirli bilinib.

Hadisə       Tarix: 12 noyabr 2022
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

"28 Mall"un qarşısında ölüm - təfərrüat

Bakıda 82 yaşlı Türkiyə vətəndaşı qəfil vəfat edib. -a istinadən xəbər verir ki, hadisə paytaxtın "28 Mall" ticarət mərkəzinin qarşısında baş verib. Belə ki, Nəsimi rayonu, Füzuli küçəsində A.Reşatın həkiməqədə

Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı

Xəbər verdiyimiz kimi, Baş Prokurorluq Türkiyənin 7 vətəndaşına qarşı cinayət işi açıb ki, onlardan da biri Fateh Tezcandır. -a istinadən xəbər verir ki, Fateh Tezcan 1976-cı ildə İstanbulun Bakırköy rayonunda anadan olub

Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi

Paytaxtın Xətai rayonunda kafelərin birində "Ceyhun Sabunçu" ləqəbi ilə tanınan Ceyhun Mirağayevin ölümü ilə nəticələnən kütləvi davanın iştirakçıları hakim qarşısına çıxarılıb. -ınəldə etdiyi məlumata görə, ölüml

Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ

Naxçıvan Dövlət Universitetinin müəllimi vəfat edib. xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin (NDU) "Ədəbiyyat və kitabxanaçılıq" kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Nadir İsmayılo

BMV VAZ-la toqquşdu: 1 ölü, 4 yaralı

Salyanda yol qəzası baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Qırxçıraq kəndi ərazisində qeydə alınıb. BMV və VAZ markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər ölüb, 4 nəfər – Neftçala rayon sakinlər

Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR

Əhmədlidə yerləşən kafelərin birində baş vermiş kütləvi dava-dalaş və qətl hadisəsi ilə bağlı saxlanılan şəxslər Xətai Rayon Məhkəməsinə gətiriliblər. xəbər verir ki, bununla bağlı "Real TV" görüntülər yayımlayıb

Yaşayış binasında yanğın: sakinlər təxliyə olundu

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Mustafa Sübhi küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə -a FHN-nin mətbuat xidmətində

Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü

Bakıda iki avtomobilin toqquşması yolun kənarı ilə gedən piyadanın ölümünə səbəb olub. KONKRET.azÖlkə.az-a istinadla xəbər verir ki, hadisə Xəzər rayonu, Buzovna qəsəbəsində baş verib. Qəsəbə ərazisində iki avtomobil toqquşub

Kütləvi davada qətli törədənlərin kimliyi bilindi

Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı əlavə detallar məlum olub. "Qafqazinfo"ya istinadən xəbər verir ki, qətli törədənlərin "Sabunçu Emil" və MMA döyüşçüsü kimi tanınan Elnar adlı şəxslər olduğ


azerbaycan xeberleri son xeberler yeni xeberler son xəbərlər azərbaycanda xeber az cəbhədən son vəziyyət cəbhədən xəbər