Siciliya adasında SEL FƏLAKƏTİ: ölənlərin sayı artır
İtaliyanın Siciliya adasında sel fəlakəti nəticəsində ölənlərin sayı artıb.
Publika.az xəbər verir ki, adada 3 gündür davam edən leysan yağışları daşqınlara səbəb olub, çox sayda avtomobil sel suları altında qalıb.
Aralıq dənizində nadir rast gəlinən "Medicane" qasırğasından ən çox zərərçəkən Kataniya şəhərində 2 nəfərin cəsədi tapılıb. Şəhərdə bir çox ev və iş yeri işıqsız qalıb. Kataniya və ətraf şəhərlərdə məktəblər bağlanıb.
İtaliya Mülki Müdafiə Agentliyi Siciliya və Kalabriya bölgələrində hava şəraitinin yenidən kəskinləşəcəyi barədə xəbərdarlığını edib.
Kataniyanın bələdiyyə sədri Salvo Pogliese Siciliyanın şərq bölgələrində görünməmiş fövqəladə hava hadisəsinin yaşandığını, vəziyyətin ciddi olduğunu bildirib. O, əhalini zərurət olmadığı təqdirdə evdən çıxmamağa çağırıb.

Neft yenidən ucuzlaşdı
ABŞ-nin F-16 qırıcısı qəzaya düşdü
Hüseyn əməliyyat olundu - Foto
Bu tarixdə Bakıda qaranlıq olacaq
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasına qatıldı
TDT-nin yeni strateji xətti: Təhlükəsizlikdən strateji tərəfdaşlığa
BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
Bəhlul Mustafazadə yenə əməliyyat olundu
Avropa Liqası: daha 9 oyun baş tutacaq
Karapetyanın ev dustaqlığı daha iki ay uzadıldı
Ağdamda toyda dava: Xəsarət alan var
Bakıda küçədə meyit tapıldı
Zelenskidən önəmli açıqlama: İkinci həmlə edildi
Beş dövlət Xəzər dənizi ilə bağlı yeni qərar verdi
Elza Seyidcahanın şeiri Kərkükdə dərc olundu: "Təyyarə ilə ora gedib, solo konsert verəcəm