"Şimal axını 2" qaz kəmərində QƏZA BAŞ VERDİ - Dörd ölkəyə XƏBƏRDARLIQ OLUNDU
"Şimal axını 2" qaz kəmərində qəza baş verib.
KONKRET.az "Kommersant"a istinadən xəbər verir ki, operator hadisəni fövqəladə hal kimi qiymətləndirir.
"Şimal axını 2" qaz kəmərinin istismarını həyata keçirən "Nord Stream 2 AG" şirkəti A xəttində təzyiqin kəskin enməsini qeydə alıb. Qaz kəmərində bir gecədə təzyiq 300-dən 7 bara düşüb.
"Şimal axını-2" qaz kəmərinin A xəttində fövqəladə vəziyyətdir. Bu gecə "Şimal axını 2" quruda yerləşən ərazinin dispetçeri A xəttində təzyiqin kəskin enməsini qeydə alıb", – operator bildirib.
Operatorun sözlərinə görə, hadisə ilə bağlı Almaniya, Danimarka, İsveç, Finlandiya və Rusiyanın sahil xidmətlərinə məlumat verilib. Hadisə ilə bağlı araşdırma aparılır.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin qaz nəqli ilə bağlı vəziyyəti sabitləşdirmək üçün Aİ ölkələrinə "Şimal axını 2" üzrə sanksiyaları ləğv etməyin vacibliyini bildirib. "Siemens" nümayəndələri "Şimal axını"nın işində turbinlərin təmiri zərurəti ilə əlaqədar problemlərin olduğunu bildiriblər.
Xuraman Etibarlı,
KONKRET.az

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır