Şimalda Rusiya, cənubda İran - Ermənistan çıxılmaz vəziyyətdən qurtula bilmir
Ermənistanda ictimai-siyasi vəziyyətin kəskinləşməsi fonunda erməni cəmiyyətini bürüyən qorxu və təlaş başadüşüləndir. Bütün təbəqələrdə baş verən narahatlıq həm də düşmən ölkədə ictimai rəyin çaşdırılması ilə bağlıdır. Ermənistanın siyasi elitasında təmsil olunan bir qrupun bəyanatı ilə digərinin fikri üst-üstə düşmür. Nəticədə çaş-baş qalan sadə xalq olur. İndi düşmən ölkədə anti-Rusiya meyillərinin gücləndiyi bir zamanda bəzi siyasi ekspertlərin Rusiyanı müdafiə etməsi çaşqınlıq yaradır. Həmçinin İranla bağlı da eyni mövqe nümayiş olunur.
Əksər müxalifət deputatın arzusu İranla hərbi-siyasi sahədə əməkdaşlığı genişləndirmək olsa da, Paşinyan hakimiyyəti buna ciddi yanaşmır. İqtidarın bu addımı atmamasının səbəbi sadəcə Qərbin İrana olan münasibətindən qaynaqlanır. Əks təqdirdə Ermənistan hakimiyyəti İranla strateji müttəfiqlik sazişini çoxdan imzalamışdı. Amma hazırkı situasiyada bu, sadəcə mümkün deyil.
Ermənistan parlamentinin müxalifətdən olan deputatı Geqam Manukyan İran mətbuatına müsahibəsində ABŞ-ın Cənubi Qafqazdakı siyasətinə toxunub:
"ABŞ-ın məqsədi regionda öz mövcudluğunu bərqərar etmək, Rusiyanı regiondan qovmaq və İrana təzyiq etməkdir. Bu siyasətin uzun tarixi var. Lakin indi bu, Paşinyan kimi bir adamın sayəsində mümkün olub və Ermənistan Respublikasının xarici siyasəti Amerikanın varlığına və müdaxiləsinə kömək edir. Bu gün Ermənistanda iqtidar-müxalifət münasibətləri İranla hərbi əlaqələrin dərinləşdirilməsi ilə bağlı danışıb qərar qəbul etməyə imkan vermir. Müxalifətin yeganə silahı ictimai rəydir, amma bu sahədə də problemlər var. Məsələ burasındadır ki, müxalifət iqtidarın təbliğat maşını qarşısında çox zəifdir".
Manukyan həmçinin vurğulayıb ki, hakim partiya Ermənistan parlamentində müzakirələrə imkan vermir. Lakin o, öz çıxışlarında dost və qardaş İranı mövqeyinə görə dəfələrlə yüksək qiymətləndirib. Ermənistan Konstitusiyasına əsasən, müxalifətin hərbi-siyasi ittifaqların yaradılması ilə bağlı qanun layihəsi təqdim etmək imkanı olmadığından, Ermənistan Müdafiə Nazirliyi hansı ölkə ilə hərbi müqavilənin bağlayacağına və hansı ölkədən silah alacağına özü qərar verir.
Deputatın fikrincə, "Ermənistanın heç bir müttəfiqi yoxdur. Buna səbəb Ermənistan hökumətinin hamını nə iləsə incitməsidir. İndi ilk növbədə hakimiyyətin dəyişdirilməsi barədə düşünmək lazımdır. Yalnız bundan sonra strateji ittifaqlar yaratmaq barədə düşünmək olar".
Ermənistanda hakimiyyətə can atan qüvvələri hazırkı vəziyyət qane etmir. Onların məqsədi əvvəlcə sülh danışıqlarına mane olmaq, onu dayandırmaq və Ermənistanın itirilmiş mövqelərini bərpa etməkdir. Bunun üçün müharibə anonsu verən revanşistlər cənubda İran, şimalda isə Rusiyanın köməyinə arxayındırlar.
Vəli Həsənov,
KONKRET.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi