Simonyan Nəsimi haqda suala təəccübləndi: "Siz nə danışırsınız?!"
Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Azərbaycan hərbçisi Nəsimi Musayevdən danışıb.
KONKRET.az globalinfo.az-a istinadən xəbər verir ki, jurnalist hadisəni "Ermənistana müdaxilə" kimi qiymətləndirərək Simonyandan buna münasibətini soruşub.
Alen Simonyan isə sualdan təəccüblənərək, "Müdaxilə? Azərbaycanlı Ermənistana daxil olub? "Müdaxilə" sözünü izah edə bilərsiniz? Adam azıb da, başqa nə edib ki? Həmin şəxs azıb", – deyə cavab verib.
Qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri Nəsimi Musayevin Zəngəzurun Şəki kəndində saxlanıldığı haqda Ermənistan rəsmi qurumları 1 oktyabrda məlumat yayıb. Onun bir erməninin evinə girdiyi, orada dincəldiyi, ev yiyəsi qadının ona hücum etdiyi, nəticədə qadına ayağından atəş açdığı, polisə isə müqavimət göstərmədən təslim olduğu deyilir.
2 oktyabrda N.Musayev barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.
Xidmetler [newsid: 0-123300]

Şərəf' ordeni ilə təltif edilən Valeh Ələsgərov kimdir?
AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri
ABB-də nə baş verir? – Vətəndaşın pulu yoxa çıxıb
DİQQƏT: Bankdan kredit ala bilmirsinizsə, səbəb bu ola bilər
Bir ailənin üzvləri qəzaya düşdü - Ölənlər və yaralananlar var
"Qarabağ" "Neftçi"yə, "Qəbələ" "Sabah"a qarşı
PAŞA Bankın dəstəyi ilə ölkəmizdə növbəti yaşıllaşdırma və gənc iş adamlarına dəstək layihəsi həyata keçirilib
"Neftçi" yenidən önə keçdi - Canlı-Yenilənir
Günel Bədəlovaya yüksək vəzifə verildi
İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR
Zaqatalada dəhşət: rus sürücü TIR-la qadının üstündən keçdi
Bərdədə dəhşət: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb, xəstəxananı şantaj etdi
Ferhat Göçer Bakıda konsert verəcək