Şimali Koreya Rusiyaya yeni hərbi qüvvələr göndərməyə tələsmir
Urayna hakimiyyətinin Rusiyaya daha 30–50 min Şimali Koreya hərbçisinin göndərilə biləcəyi ilə bağlı açıqlamalarına baxmayaraq, hələlik KXDR qoşunlarının yeni və genişmiqyaslı dislokasiyasına dair heç bir əlamət müşahidə olunmur.
KONKRET.az xəbər verir ki, Ukrayna Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin keçmiş rəhbəri Andrey Kovalenkonun fikrincə, işğal altındakı Ukrayna ərazilərində hücum əməliyyatlarında iştirak etmək Pxenyan üçün hələ də qəbuledilməz hədd, yəni "qırmızı xətt" olaraq qala bilər. Bununla belə, onun sözlərinə görə, Rusiya silah-sursat və digər hərbi yardımlarla bağlı hələ də Şimali Koreyadan asılıdır.
Cənubi Koreya Milli Kəşfiyyat Xidmətinin direktor müavininin keçmiş müavini Han Gi Bom isə DW-yə açıqlamasında bildirib ki, döyüş əməliyyatlarının intensivliyinin azalması və qış mövsümünün başlaması Pxenyanın Rusiyaya yeni hərbi qüvvələr göndərməsi üçün ciddi əsaslar yaratmır.
Ekspertlərin qənaətinə görə, Şimali Koreya bundan sonra da Moskvaya silah və hərbi texnologiyaların tədarükü ilə dəstək verməyə davam edəcək. Bununla yanaşı, Pxenyan Çinlə sıx münasibətlərini də qoruyub saxlayacaq.
Belə strategiya Şimali Koreyaya Rusiya ilə hərbi əməkdaşlıqdan siyasi və iqtisadi dividendlər əldə etməyə, eyni zamanda özünü Ukraynadakı müharibənin nəticələrindən tam asılı vəziyyətə salmamağa imkan verir.
Natiq Səlim,
KONKRET.az

25 yaşlı gənc evində ölü tapıldı
Kürdəmirdə maşınlar toqquşdu - Xəsarət alan var
İki azyaşlı su kanalına düşdü - Siyəzəndə dəhşət
Əti dondurucuda nə qədər saxlaya bilərsiniz?
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Gəncədə iki avtomobil toqquşdu - Yaralılar var
Bərdədə yeni ailə quran ər-arvad dəm qazından boğuldu: Qadın öldü
Azərbaycanla Gürcüstan arasında birgə layihələr müzakirə olunub
Rəsmi İrəvan: Azərbaycan və Ermənistan sülhü institusionallaşdırmaq zərurətini qəbul edib
Fransanın qlobal kredit reytinqi zəiflədi
"Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı"na müraciət üçün son günlərdir – 20 tələbə 200 AZN təqaüd alacaq
Azərbaycanda şair vəfat etdi - FOTO
Prezidentdən Əhməd Vəliyevlə bağlı sərəncam
Mehdiyev evindən çıxan 17 milyondan danışdı: "Pulları öz zəhmətimlə yığmışam
Valeh Ağayev vəfat etdi