Sinan Oğana nazir postu təklif edildi

Sinan Oğana nazir postu təklif edildiGərgin proseslərin fonunda prezident seçkilərinin ikinci tura qalması əhəmiyyətli hadisədir. 
KONKRET.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında 27-ci çağırış Türkiyə Böyük Millət Məclisinin (TBMM) Cümhuriyyət Xalq Partiyasından olan deputatı Atilla Sertel bildirib.
O, təmsil etdiyi siyasi düşərgənin mayın 28-də keçiriləcək ikinci tura hazırlıq gördüyünü deyib:
"İkinci turda işlərin yolunda gedəcəyini düşünürəm. Biz ümidliyik. Xalqımızın dəstəyi ilə qalib gələcəyimizə inanırıq".
CHP-li deputat ATA ittifaqının prezidentliyə namizədi Sinan Oğanın ikinci turda hansı namizədə dəstək olması mövzusuna da toxunub. Parlamentari iddia edir ki, Sinan Oğan CHP sədri Kamal Kılıçdaroğlunun yanında yer alacaq.
"Sinan Oğan dəyərli dostumuzdur. Onunla birlikdə Azərbaycanda çox olmuşuq. Atatürkçüdür. Milliyyətçi, xalqını, Türkiyəni düşünən şəxsdir. Sinan Oğan Azərbaycanı sevən insandır. Onun ikinci turda önəmli rol oynayacağını,  Kamal bəyin yanında yer alacağını düşünürəm".
Atilla Sertel bildirib ki, "Millət ittifaqı" hakimiyyətə gələrsə, Sinan Oğanın nazir vəzifəsinə təyinatı planlaşdırılır.
"Nazirlik məsələsində anlaşma ola bilər. Düşünürəm ki, partiya sədrimiz Kamal Kılıçdaroğlunun planında Miqrasiya Nazirliyi yaratmaq və bu nazirliyin rəhbərliyinə Sinan Oğanı təyin etmək var. Çünki suriyalıların öz ölkələrinə qaytarılması üçün belə bir nazirliyin yaradılması vacibdir".
Qeyd edək ki, Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək. İkinci tur mayın 28-də olacaq.
İlk turun nəticələrinə əsasən, "Cümhur İttifaqı"nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan 49,51% səs toplayıb. "Millət İttifaqı"nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu 44,85%, "ATA İttifaqı"nın namizədi Sinan Oğan 5,17% səs qazanıb. Seçkidən əvvəl namizədliyini geri götürən Məmləkət Partiyasının sədri Məhərrəm İncəyə isə seçicilərin 0,44%-i səs verib.
İkinci turda Ərdoğan ilə Kılıçdaroğlu yarışacaq. Siyasi fəaliyyətində ilk dəfə yüksək nəticə əldə edən Sinan Oğan ikinci turda hansı namizədi dəstəkləməsinə hələ qərar vermədiyini, tərəflərlə müzakirələrdən sonra mövqeyini açıqlayacağını deyib.

Siyasi       Tarix: 18 may 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək. xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbək

Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb. sərəncamın mətnini təqdim edir:. Azərbaycan Respublikası Konstitusiyasının 109-c

İlham Əliyevdən həmkarına təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsin

Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. -a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Pakistan xalqı və Hökuməti adından

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıc

Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"

ABŞ senatoru Ted Kruz Texas ştatında Demokratlar Partiyasının qazandığı tarixi qələbələri şərh edərək bildirib ki, seçicilərin bir hissəsi qəzəb və narazılıq səbəbindən Respublikaçılara səs verməyib. O, Texasın yenidən Respublikaçıları

Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın paytaxtı Astanada "Aqaba Prosesi" çərçivəsində keçirilmiş görüşdə iştirak edib. Bu barədə -a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məluma

Ərdoğan: Birdir bizim hər halımız; sevincimiz, kədərimiz; bayraqlarda hilalımız

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X"dəki hesabında Azərbaycana səfəri, Prezident İlham Əliyevlə görüşü barədə videoçarx paylaşıb. xəbər verir ki, Ərdoğan paylaşımına "Birdir bizim hər halımız; sevincimiz

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı 

ABŞ, Azərbaycan və Ermənistan hökumətləri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) həyata keçirilməsini sürətləndirmək məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar. -a istinadə


son xeberler azerbaycan xeberleri yeni xeberler xeber.az son xabarlar cəbhədən son görüntülər krimnal xeber