Sinan Oğanın Azərbaycanla bağlı addımı üzə çıxdı – FOTOFAKT

Sinan Oğanın Azərbaycanla bağlı addımı üzə çıxdı – FOTOFAKTHazırda "seçkilərdə parlayan azərbaycanlı" kimi türk dünyasında əsas müzakirə edilən şəxs Sinan Oğandır. S.Oğanın ikinci turda kimi dəstəkləyəcəyi maraqla gözlənilir. Onun Azərbaycan əsilli olması, bütün həyatı və fəaliyyəti boyunca Azərbaycanla sıx əlaqələri hazırda diqqət mərkəzindədir.
Oğanın Azərbaycanla əlaqələri Azərbaycan Dövlət İqtisad Universitetində işləməsi, Əbülfəz Elçibəyin hakimiyyəti müddətində onun ofisində çalışması, Azərbaycan və Türkiyə Parlamentlərarası dostluq qrupundakı fəaliyyəti ilə yekunlaşmır.
KONKRET.az Globalinfo-ya istinadən xəbər ki, Sinan Oğan 1990-cı il yanvar hadisələrində Türkiyə daxilində Azərbaycana dəstək üçün təşkilatlanma həyata keçirib.
SSRİ ordusunun 1990-cı il 20 anvar tarixində Bakıda törətdiyi qətliama o dövr Türkiyə xalqı və hakimiyyətinin münasibəti fərqli olub. Həmin illərdə Türkiyə Prezidenti olan Turqut Özalın, "Azərbaycanlılar Anadoludakı türk xalqından daha çox İran azərilərinə yaxındırlar. Onlar şiədir, biz isə sünni" açıqlaması ölkədə skandal yaratmışdı. Bu açıqlama xalq tərəfindən birmənalı qarşılanmamış, bu istiqamətdə kəskin tənqidi fikirlər səsləndirilmişdi.
Sinan Oğanın Azərbaycanla bağlı addımı üzə çıxdı – FOTOFAKT1990-cı il yanvar mitingindən görüntü
O zaman Türkiyədə İstanbuldan Iğdıra, Diyarbəkirdən Ankaraya kimi ölkənin hər yerində Azərbaycana dəstək mitinqləri keçirilib. Məsələ ilə bağlı ən böyük mitinq isə 25 min nəfərin iştirakı ilə İstanbulda gərçəkləşdirilib. Bu mitinqin əsas təşkilatçısı Sinan Oğan olub. O, SSRİ-nin Türkiyədəki Baş konsulluğu qarşısında, mitinq iştirakçılarının önündə çıxış edərək Bakıda törədilən qətliamı sərt şəkildə qınayıb və xalqa Azərbaycandakı bu qətliamların qarşısının alınması üçün birlikdə aktiv fəaliyyət göstərmək çağırışı edib.
Qeyd edək ki, o zaman Turqut Özalın açıqlamalarına ölkə daxilində bir çox siyasətçi sərt reaksiya verib. Tənqidlərin güclü olması səbəbi ilə T.Özal açıqlama verərək çıxışının yanlış anlaşıldığını bildirib.

Siyasi       Tarix: 18 may 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Ərdoğanla Paşinyan Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanla ikitərəfli ticarət və nəqliyyat sahələrindəki normallaşma prosesini dəstəkləyir, münasibətlərdə əldə edilən müsbət dinamikanın davam etdirilməsini vacib sayır. KONKRET.azxəbə

İsrail Səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib

İsrail Səfirliyi Azərbaycanı 20 sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib. İsrailin Azərbaycandakı səfirliyi bu barədə X-da paylaşım edib. "Arzu edirik ki, bu mühüm milli bayram Azərbaycan xalqına davaml

Sentyabr ayında mediada ən aktiv deputatlar kimlər olub? - SİYAHI

Sentyabr ayı üzrə təhlillərə əsasən mediada ən aktiv olan deputatlar açıqlanıb. xəbər verir ki, "Mediatrends.ai" platformasının "Media indeksi" göstəricilərinə əsasən, siyahıya 26,06 faizlə deputat Naqi

Ərdoğan sabah ABŞ-yə səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah ABŞ-yə səfər edəcək. xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb. Qeyd olunub ki, Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasını

Həsən Həsənov: "Ad çəkilir, amma konkret mənbə göstərilmir

"Ermənilər bizə qarşı bir söz deyəndə mənbə adı çəkmirlər". xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Media və Yayım Şurasının təşkilatçılığı ilə keçirilən "Qafqaz Albaniyasının irsinə tarixi baxış"

Prezident əfv Sərəncamı imzaladı

Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş bəzi şəxslər cəzanın çəkilməmiş hissəsindən azad ediliblər. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmi

Brüsseldə alkoqol qadağası ilə bağlı YENİ QƏRAR

Belçikanın paytaxtı Brüsseldə ictimai yerlərdə tətbiq olunan alkoqol qadağasının müddəti daha 4 il uzadılıb. xarici mətbuata istinadən xəbər verir ki, Belçikanın rəsmi xəbər agentliyi "Belga"nın məlumatına görə

1990-cı illərdən 2023-ə: Qarabağda suverenliyin bərpasına gedən yol – TƏHLİL

1990-cı illərin əvvəllərindən etibarən Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğal siyasəti nəticəsində ölkənin beynəlxalq səviyyədə tanınmış ərazilərinin bir hissəsi işğal olunub, yüz minlərlə Azərbaycan vətəndaş

Üçü Bakıda, biri İrəvanda - O biri isə qəbiristanlıqda... - FOTO

Məhv olmuş keçmiş separatçı rejimin bir sıra "nümayəndələri" bu gün İrəvandakı "Yerablur" hərbi panteonunda peyda olublar. xəbər verir ki, onların arasında separatçı rejimin sonuncu rəhbəri Samvel Şahramanya


azerbaycan xeberleri son xeberler yeni xeberler maraqlı xəbərlər bugunun xeberleri cəbhədən son görüntülər xəbər.az