Sindzo Abeyə atəş açan şəxs keçmiş hərbi dənizçi olub - FOTO
Yaponiyanın keçmiş baş naziri Sindzo Abeyə sui-qəsd edən şəxs əvvəllər ölkənin dəniz özünümüdafiə qüvvələrində xidmət edib.
KONKRET.az xəbər verir ki, bu barədə "Nihon" telekanalı məlumat yayıb.
Qeyd olunur ki, 41 yaşlı Teçuya Yamaqami əvvəllər ölkənin dəniz özünümüdafiə qüvvələrinin üzvü olub. O, Nara şəhərində seçki kampaniyası zamanı çıxış edən Abeyə bir neçə dəfə atəş açdıqdan sonra dərhal saxlanılıb. Hazırda polis saxlanılan şəxsi dindirir, onun motivləri barədə məlumat verilmir.
Cümə günü Abe seçki kampaniyası zamanı Nara şəhərində küçə çıxışı zamanı qətlə yetirilib. Keçmiş baş nazir qanaxma və huşsuz vəziyyətdə xəstəxanaya aparılıb.
Son anda verilən məlumata görə, Yaponiyanın sabiq Baş naziri Sindzo Abe vəfat edib. Bu mesajı Britaniyanın maliyyə naziri Nadim Zahavi "Twitter"də yazıb.
Roman Göytürk,
KONKRET.az
Xidmetler [newsid: 0-123300]

Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
İlham Əliyev Tom Berendseni qəbul etdi
3 ölkə rəsmisi Tehranda toplaşacaq
İlham Əliyev Avstriya prezidentini təbrik etdi
Berendsen Azərbaycandan Ermənistana gedəcək
Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR
Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib
Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti
Millimiz İsrail yığmasını məğlub etdi – FOTOLAR
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Futbol əfsanəsi Samuel Eto'O Bakıya gəldi
İstanbul derbisində sevinən tərəf "Qalatasaray" oldu