"Sinovac" peyvəndi gözlənilən effekti verdi - Fəxrəddin Qoca

"Sinovac" peyvəndi gözlənilən effekti verdi - Fəxrəddin QocaTezliklə daha beş yerli peyvəndimizin insanlar üzərində tətbiqinə başlanılacaq. Yaxın gələcəkdə öz peyvəndlərimizdən istifadə edəcəyik.
Publika.az xəbər verir ki, bu fikirləri Türkiyənin səhiyyə naziri Fahrettin Koca ölkə ərazisində pandemiyanın başlamasının bir ili ilə əlaqədar verdiyi açıqlamasında bildirib.
Bu günə qədər Türkiyədə 10 milyon doza peyvəndin tətbiq olunduğunu deyən nazir qardaş ölkənin dünyanın vaksinasiya baxımından ən sürətli dövlətlərindən olduğunu vurğulayıb.
Bildirilib ki, 2020-ci ilin noyabr ayında Çinin istehsalçı şirkəti ilə 50 milyon dozanın alınması ilə bağlı razılıq əldə edilib: "Dünyada 7 fərqli peyvənd istifadə olunur. Türkiyə peyvənd tədarük edən ən sürətli ölkələrdən biridir. Sifarişin ilk hissəsini dekabr ayının sonunda almışıq. İki fərqli istehsalçı ilə 130 milyon doza vaksin üçün razılığa gəldik və daha üç fərqli istehsalçı ilə danışıqlar aparırıq".
Virusun qısa müddətdə qrip kimi bir xəstəliyə çevrilməyəcəyini, ancaq, tezliklə gücünü itirəcəyini qeyd edən F.Koca ölkədə pandemiya ilə bağlı bir il ərzində görülən işlər barədə danışıb.
Bildirilib ki, Türkiyə ərazisində ilk yoluxma faktı qeydə alındıqdan dərhal sonra qabaqlayıcı tədbirlərin tətbiqinə başlanılıb. COVID-19-un son 100 il ərzində bütün dünyanın eyni anda mübarizə apardığı və ən çox insan itkisinə səbəb olan bir bəla olduğuna diqqət çəkən nazir Türkiyədə COVID-19 səbəbindən həyatını itirənlərin sayının 30 minə, ümumi yoluxanların isə 3 milyona yaxınlaşdığını deyib.
Qeyd edilib ki, payızdan əvvəl ölkə əhalisinin 50 milyonuna peyvənd tətbiq edilərsə, pandemiya ölkəyə artıq ağır təzyiq göstərə bilməyəcək və virusun yayılma sürəti əhəmiyyətli dərəcədə azalacaq.

Dünya       Tarix: 11 mart 2021
f Paylaş

Oxşar xəbərlər

Almatı şəhərinə giriş və çıxış bağlanıb

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Mangistau vilayətində və Almatı şəhərində komendant saatının tətbiq edilməsi haqqında sərəncamlar imzalayıb. xəbər verir ki, Almatı şəhərinə giriş və çıxış qadağandır. Komendan

Vyana danışıqları bərpa edildi

Vyanada Birgə Hərtərəfli Fəaliyyət Planının tam fəaliyyətini bərpa etmək üçün danışıqlar bərpa olunub. xəbər verir ki, bunu Rusiyanın Vyanada beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov bildirib. "Qıs

Tacikistanda 4,2 bal gücündə zəlzələ oldu

Tacikistanda 4,2 bal gücündə zəlzələ baş verib. -ıın Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri əhalisi təxminən 11 min nəfər olan Murqob şəhərindən 69 kilomet

Tokayev hökuməti istefaya göndərdi - YENİLƏNDİ

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hökumətin istefasını qəbul edib. xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidmətinin yaydığı sərəncamda deyilir. Nazirlər Kabinetinin üzvləri hökumətin yeni tərkibi təsdi

Çin imkansızı bacardı

Üçüncü Dünya müharibəsinə səbəb olacağı ehtimal edilən ABŞ, Rusiya və Çin arasında silahlanma yarışının sürətlənməsi gərginliyi artırır. Ağ Ev Pekinin son aylarda Pentaqonu şoka salan hərbi sınaqlarından sonra hərəkətə keçdi

ABŞ-dan Gürcüstana tənqid: Narahatlıq doğurur

"Məhkəmə sistemi və ya müstəqil nəzarət orqanları kimi demokratik təsisatları zəiflədən addımlar Gürcüstanın NATO və Avropa İttifaqına daxil olmaq istəklərini sarsıdır". bu barədə ABŞ-ın Gürcüstandakı Səfirliyinin

Ötən sutka ərzində yoluxma sayı 829 minə yaxınlaşdı

Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı son sutka ərzində 829 min nəfərə yaxın olub. pandemiyanın onlayn statistikasını aparan " saytına istinadla xəbər verir ki, ötən sutka ərzində 828 min 925 nəfə

Bazar qiyməti 3 trilyon dolları keçən ilk şirkət açıqlandı

"Apple" şirkətinin səhmləri təxminən 3 %-ə yaxın artıb, şirkətin kapitallaşması ilk dəfə olaraq 3 trilyon ABŞ dollarını ötüb. Bu, tarixdə ilk dəfə olaraq şirkətin bazar qiymətinin bu həddi aşmasıdır. xarici KİV-

İrkutskda DƏHŞƏT: 5 nəfər diri-diri yanaraq öldü

Rusiyanın İrkutsk vilayətində baş verən yanğında 5 nəfər ölüb. Ölənlərdən üçü qadın, biri kişi, bir də 11 yaşlı uşaqdır. xəbər verir ki, İrkutsk vilayətinin Xomutovo kəndində taxta ikimərtəbəli yaşayış evində yanğın haqqınd


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən şad xəbər sonxabar bugun xeberler bu gunun xeberleri haqqinda melumat