Siyavuş Novruzov: Ödənişli yollarda özbaşınalıq edənlərə 15 gün küçə süpürtmək lazımdır
Milli Məclisin deputatı Siyavuş Novruzov Bakıda yolların avtobus, velosiped üçün ayrılmasının darısqal yollarda idarəetmə problemləri yaratdığını bildirib.
Parlamentin fevralın 16-da keçirilən plenar iclasında çıxışı zamanı S.Novruzov qeyd edib ki, avtobus üçün nəzərdə tutulan zolaqda həmin nəqliyyat vasitəsi olmayanda minik avtomobillərin istifadəsi üçün şərait yaradılmasını tənzimləmək lazımdır:
"Tramvayların çəkilməsi ilə bağlı məsələ də qaldırılır. İrəli baxmaq lazımdır. Yaponiyada, BƏƏ-də göydə uçan taksilər kəşf edilir. Görəcəyik ki, gələcəkdə başqa ölkələrdə səmada uçan taksilər fəaliyyət göstərir. Odur ki, yeraltı nəqliyyatın inkişafına diqqət etmək lazımdır".
Bundan başqa deputat ödənişli yollarda özbaşınalıq edənlərin cəzalandılmasını tələb edib.
"Ödənişli yollarda özbaşınalıq edənlərə heç olmasa 15 gün küçə süpürtmək lazımdır. Biri 200-lə sürür özünü çəkir, biri xuliqanlıq edir və s. İctimai qınaq olmalıdır. Neçə-neçə ailələrin taleyi bunlardan asılı olur", - S.Novruzov deyib.
///Report
Xidmetler [newsid: 0-123300]

Ərdoğanın səfəri hansı mesajları verir? – Politoloqdan AÇIQLAMA
İlham Əliyevdən həmkarına təbrik
Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit
PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib
Unibank ağacəkmə kampaniyasında iştirak edib
"Yaşa görə pensiyaların orta məbləği 680 manat proqnozlaşdırılır
"ƏDV geri al" mexanizmi bütün konsert növlərini əhatə edəcək
Azərbaycanda bu fond ləğv olunur
Bakıda bundan toplanan haqq dövlət büdcəsinə ödəniləcək
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər
Gənc iş adamı toyda qəfil öldü - Foto
Bir neçə cinayətə görə axtarışda olan 74 yaşlı qadın həbs edildi