Siz Vətənə olan borcunuzu ödədiniz, amma biz hər zaman Sizə borclu qalacağıq

Siz Vətənə olan borcunuzu ödədiniz, amma biz hər zaman Sizə borclu qalacağıqİşğaldan azad olunmuş ərazilərə daxil olduqda daxilində qəribə hisslər bir-birini əvəz edir. Anlayırsan ki, yüz dəfə eşitdiklərin gözünlə gördüyünü ifadə edə bilmir. Burada qürur hissi ilə kədər bir yerdə cəmləşir. Bununla bitmir, içərisində olduğun avtobus azad olunmuş ərazilərdə irəlilədikcə keçirdiyin hissləri daha əvvəl heç vaxt yaşamadığı anlayırsan. Anlayırsan ki, hələ daxilində kəşf etmədiyin hisslər də varmış. İnsan çox qəribə varlıqdır, məsələn, yalnız özünü, ailəsini, vətənini düşünüb, onun inkişafı istiqamətində təşəbbüs göstərir, başqalarında, başqalarının varında, dövlətində gözü olmur. İnsan da var tam bunun əksi - başqalarında olanı gözü götürmür deyə, paxıllıq hissi qabarmağa başlayır. Daha sonra başqasının malını ələ keçirməyə çalışır. Bitmir, ələ keçirdiklərini dağıdır, talan edir, çünki özünün olmadığını da bilir, paxıllıq hissi o qədər qabarıq olur ki, əlində olub, amma özünə aid olmadığını anladığı üçün nə vaxtsa yenə də əlindən çıxacaq deyə, onu da məhv edir, dağıdır. Amma bu, insan ola bilərmi? Elə bunları düşünə-düşünə fikirə getmişdim ki, "qarşıda isə şərəfsizlərin talan etdiyi Füzuli şəhəridir" səsi məni yenidən özümə qaytardı. Şuşaya səfər edən müntəzəm sərnişin avtobusunda idik. Xüsusi nümayəndə isə bizə yol boyu ətrafımızdakı görünən ərazilərlə bağlı məlumat verirdi. Hər bir azərbaycanlı kimi mənim də çoxdankı arzum idi azad olunmuş ərazilərə getmək. Təbii ki, heç vaxt olmamışam buralarda, amma buranın verdiyi doğmalıq hissi də mənə yad deyildi. Artıq iki ildir ki, öz övladlarını qarşılayan Vətən torpaqlarının bizə göstərdiyi münasibətdən irəli gəlirdi daxilimizdəki bu hiss. İki il əvvəl bu ərazilərdə gərgin mübarizənin, qızğın döyüşlərin getdiyini düşündükcə əsgərlərimizin hansı əzab-əziyyətə qatlaşaraq öz torpaqları üçün döyüşdüyünü anlayırdım. Ətrafda gördüyün hər yerdə müharibənin izlərinə şahid olursan. "Minalanmış ərazi" yazısıdan, dağıdılmış tikililərdən, yıxılmış qəbir daşlarından torpaqlarının 30 il ərzində hansı vandalların ayağı altında qaldığını başa düşürsən. BMT Təhlükəsizlik Şurasını 822, 853, 874, 884 saylı qətnamələrini qəbul etmək üçün təkcə Füzulini görmələri bəs edirdi, deyə düşündüm. ATƏT-in Minsk qrupunun həmsədrləri bu ərazilərə səfər edəndə yəqin ki, gözləri bağlı gəzirmişlər. 
Füzulidən sonra Xocavəndin kəndlərinə daxil olduq. Çox gözəl təbiəti, yaşıl dağları var, bəlkə də bu meşələr yeni yaşıllaşmağa başlayıb - son iki ildə. "Sağ tərəfə ayrılan yol bizi Azıx mağarasına aparır". Bu səsdən sonra "Azıx mağarası" lövhəsini gördüm, daha əvvəl bu yazını tarix kitabında çox görürdüm, indi Şuşaya səfər etdiyin yolun üzərində lövhədə bu yazını görmək çox xoş idi. Zəfər Yolu ilə irəlilədikcə Şuşaya daha da yaxınlaşırdıq. Hər bir rayonumuz, kəndimiz vətənin bir parçasıdır, amma nədənsə Şuşaya münasibətimiz daha fərqlidir. Şuşa bizim tarixi bölgəmiz, mədəniyyət paytaxtımızdır, bəlkə də əsgərlərimiz bu şəhər uğrunda döyüşərkən daha çox çətinliklə, daha sıldırım qayalarla üzləşdikləri üçün bu şəhərə də daha həssas yanaşırıq. Bunu Daşaltıdan Şuşaya tərəf baxanda da aydın görmək olur. Artıq Şuşa bizi qarşılayırdı, günəşli, təmiz havası ilə. Payızın ilk ayı - sentyabr olmasına baxmayaraq, Şuşada da sanki yaz havası var idi. Ətrafa nəzər saldıqca hər daşı, qayası bir tarix olan şəhərin ab-havası insanın ürəyini açır. Həqiqətən də, bu şəhərin hər tərəfi tarixdir. Divarlarda əsgərlərimizin yazdığı bölgələrin adları bütün Azərbaycanın burada izinin olduğunu göstərir. Hər bölgədən olan oğullarımız heç düşünmədən Vətənin harayına qaçıblar, onu yenidən bütövləşdiriblər. "Vətən mənə oğul desə" nə dərdim", deyən oğullar indi mamır olub qayasında bitiblər Vətənin. Haqqınızı halal edin, şəhidlərimiz, Siz Vətənə olan borcunuzu ödədiniz, amma biz hər zaman Sizə borclu qalacağıq!
Aydın Nuri / azxeber.com

Sosial       Tarix: 28 sentyabr 2022
f Paylaş

Oxşar xəbərlər

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib


son xeberler yeni xeberler azerbaycan xeberleri son xabar cəbhədən yeni xəbərlər son xeberler 2026 son xəbər