Hikmət Hacıyev: Bu təcrübəmizi beynəlxalq ictimaiyyətə təqdim edəcəyik
Ümumdünya Şəhərsalma Forumu (WUF13) beynəlxalq miqyasda şəhərsalma və BMT-nin Davamlı İnkişaf Məqsədlərinin, xüsusilə 11-ci məqsədin – dayanıqlı şəhərlər və icmaların inkişafının müzakirə olunduğu ən mühüm və nüfuzlu platformalardan biridir.
Forum çərçivəsində Azərbaycanın beynəlxalq ictimaiyyətə təqdim edəcəyi geniş imkanlar və zəngin təcrübə mövcuddur.
azxeber.com xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
"Azərbaycan postmünaqişə dövründə şəhərlərin, kəndlərin və yaşayış məntəqələrinin bərpası, yenidən qurulması və bu ərazilərə həyatın qaytarılması istiqamətində unikal təcrübəyə malikdir. Bu prosesdə şəhərsalmanın ən müasir metodologiyaları və innovativ yanaşmaları tətbiq olunur", - deyə Hikmət Hacıyev əlavə edib.
Hikmət Hacıyev vurğulayıb ki, dünyada münaqişələr nəticəsində şəhərlərin dağıdılması və infrastrukturun məhv edilməsi halları davam edir:
"Postmünaqişə dövründə bərpa ilə bağlı müxtəlif ölkələrin təcrübəsi mövcuddur. Lakin Azərbaycan özünəməxsus və unikal model formalaşdırıb və bu təcrübəni beynəlxalq ictimaiyyətlə bölüşmək niyyətindədir".
Prezidentin köməkçisi qeyd edib ki, bu istiqamətdə keçiriləcək tədbirlər ölkənin beynəlxalq platformalarda növbəti uğurlu təqdimatı olacaq.

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK