Səfir: Yaxın zamanlarda Slovakiya Prezidentinin Azərbaycana səfəri planlaşdırılır
"Qarabağa ilk səfərim olmasa da, bölgədə həyata keçirilən layihələr məndə çox müsbət təəssürat yaradıb".
azxeber.com xəbər verir ki, bunu APA-ya Slovakiyanın Azərbaycandakı səfiri Elçin Qasımov deyib.
"Təəssüratlarım çox müsbətdir. Qarabağda artıq bir neçə dəfə olmuşam və ümumilikdə, görülən işləri yüksək qiymətləndirirəm. Belə səfərlərin təşkili bizim üçün çox faydalıdır. Slovakiya şirkətlərindən biri Ağdam rayonunda kənd tikintisi layihəsində iştirak edir", - diplomat bildirib.
O, iki həftədən sonra Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunda Slovakiyanın da təmsil olunacağını açıqlayıb: "Forumda Slovakiya təmsil olunacaq. Baş nazirin müavini və regional inkişaf naziri Bakıya gələcək".
Diplomat əlavə edib ki, yaxın vaxtlarda Slovakiya parlamentinin spikerinin Azərbaycana rəsmi səfəri planlaşdırılır. Bundan başqa, Slovakiya prezidentinin də Azərbaycana səfərinin nəzərdə tutulduğu bildirilib.
"Prezidentimizin də Azərbaycana rəsmi səfəri planlaşdırılır və o da Qarabağı ziyarət etmək istəyir. Buna görə yaxın zamanda yenidən bura gələcəyik", - səfir qeyd edib.
Səfir Azərbaycanın Slovakiya ilə bir sıra sahələrdə əməkdaşlıq imkanlarının olduğunu da vurğulayıb: "Biz müdafiə sənayesi və infrastruktur layihələri sahəsində yaxşı əməkdaşlıq edirik. Əməkdaşlıq üçün çox sahə var".

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK