SOCAR Ermənistan bazarına bu cür girir
Gorus-Qafan yolunda Azərbaycan gömrük və sərhəd postunun qurulması Ermənistanın daxili bazarında enerji daşıyıcılarının qiymətinə təsir edir.
Publika.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə Ermənistan Enerji Təhlükəsizliyi İnstitutunun direktoru Vahe Davtyan danışıb.
O iddia edib ki, bu müddət ərzində İran maşınlarının axını azalıb və nəticədə yanacaq qıtlığı müşahidə edilib. Belə ki, bunun nəticəsində 29 oktyabrda Ermənistanda yanacaq qiymətləri qalxıb. Ancaq bu, son olmayacaq.
Onun sözlərinə görə, Ermənistanda maşınlar qiymətə görə daha çox maye qazla işləyir: "Məsələ burasındadır ki, maye qaz Ermənistana irihəcmli yük maşınlarında gətirilir. Bu maşınlar üçün Ermənistan hakimiyyətinin çəkdiyi alternativ dolama yollar isə çox dar və keçilməzdir".
O, həmçinin qiymətlərin qalxmasına həm də qlobal səviyyədə qiymət bahalaşmasının səbəb olacağını bildirib.
Qeyd edək ki, ötən gün SOCAR-ın Gorus-Qafan yolunda yeni yanacaqdoldurma məntəqəsi açması barədə xəbər ciddi rezonans yaradıb. Bir çoxları düşünür ki, SOCAR-ın yanacaq məntəqəsində qiymətlərin daha ucuz olması, üstəlik Gorus-Qafan yolunun alternativ yoldan müqayisəedilməz dərəcədə rahatlığı Ermənistan vətəndaşlarının bu yoldan və SOCAR-ın yanacaq məntəqəsindən istifadəsini stimullaşdıracaq. Bu isə Ermənistan bazarına Azərbaycanın ilk nüfuzudur.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Neft yenidən ucuzlaşdı
ABŞ-nin F-16 qırıcısı qəzaya düşdü
Hüseyn əməliyyat olundu - Foto
Bu tarixdə Bakıda qaranlıq olacaq
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasına qatıldı
TDT-nin yeni strateji xətti: Təhlükəsizlikdən strateji tərəfdaşlığa
BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
Bəhlul Mustafazadə yenə əməliyyat olundu
Avropa Liqası: daha 9 oyun baş tutacaq
Karapetyanın ev dustaqlığı daha iki ay uzadıldı
"2 milyonum olsaydı, toyda oxumazdım" - Eldəniz Məmmədov
Ağdamda toyda dava: Xəsarət alan var
Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir
Bakıda küçədə meyit tapıldı
Zelenskidən önəmli açıqlama: İkinci həmlə edildi