SOCAR Neft Daşlarında çalışan neftçilərin həyatını əks etdirən yeni film çəkib
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) neft daşlarında çalışan 4 neftçi dostun həyatını əks etdirən yeni film ərsəyə gətirib.
azxeber.com xəbər verir ki, film "Neft Daşları"nda müxtəlif sahələrdə çalışan 4 dost neftçinin həyatından bəhs edir. Filmdə məşhur "Bəxtiyar" filmindən bəzi süjetlər təkrarlanır. Əsas məqsəd zəhmətkeş neftçilərin əzmkar fəaliyyətini təqdim etmək və şirkətin əsas prinsiplərindən olan SOCAR Ailəsi yanaşmasını izləyicilərə çatdırmaqdır. Dostluq, ailə mühitində çalışmaq hər bir uğur hekayəsinin təməlini təşkil edir.
Film neftçilərin gündəlik işindən və işlədiyi unikal şəraitdən bəhs edir, onların reallıqlarını əsl dəqiqliklə əks etdirir. Baş qəhrəmanlar platformada işləyən, onları möhkəm dostluq və ümumi çətinliklər birləşdirən dörd dostdur. Süjetdəki məşhur "Bəxtiyar" filmindən olan süjetlər müasir reallıqlara və neft sənayesinin çağırışlarına uyğunlaşdırılıb.
Filmin baş qəhrəmanları Neft Daşlarında çalışan SOCAR əməkdaşlarıdır. Filmdə neftçilər - Zaur İsmayılov ("Neft Daşları NQÇİ-nin neft qaz hasilatı üzrə operatoru), Coşqun Təsilov ("Neft Daşları NQÇİ-nin növbə rəisi), Elvin Dadaşov ("Neft Daşları NQÇİ-nin energetiki) və Məzahir Zeynalovun ("Neft Daşları NQÇİ-nin mühəndisi) həyatlarından, gündəlik fəaliyyətlərindən, dostluq münasibətlərindən ətraflı danışıblar. Onlar filmdə "Bəxtiyar" filmində Rəşid Behbudovun səsləndirdiyi "Dörd dost, dörd ürək, dörd yoldaşıq biz" mahnısını da ifa ediblər.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır