"Trendyol" və "Temu"da qiymətlər niyə səbətdə artır? - İqtisadçı səbəbləri açıqladı

Son vaxtlar "Trendyol", "Temu" və digər onlayn alış-veriş platformalarında məhsulların qiymətinin səbətə əlavə edildikdən sonra artması alıcılar arasında narazılıq yaradır. İstifadəçilər bildirirlər ki, ilkin olaraq 15 manata təklif edilən məhsulun qiyməti səbətə əlavə olunduqda daha yüksək məbləğdə göstərilir. Bu isə onlayn alış-veriş zamanı qiymətlərin şəffaflığı ilə bağlı suallar doğurur.
Bəs məhsulların qiymətinin səbətdə dəyişməsinə səbəb nədir? Bu, endirim kampaniyaları, əlavə xidmət haqları və vergi hesablamaları ilə bağlıdır, yoxsa alıcıları cəlb etmək üçün tətbiq olunan marketinq üsuludur?
İqtisadçı Günay Hüseynova azxeber.com-a açıqlamasında deyib ki, qiymət artımının bir sıra səbəbləri ola bilər:
"Elektron ticarət platformalarında qiymət şəffaflığı istehlakçı etimadının əsas şərtlərindən biridir. Qiymət artımının bir sıra səbəbləri ola bilər. İlk növbədə baxmaq lazımdır ki, bu kimi hallar mütəmadi olaraq təkrarlanırmı ?Əgər mütəmadi olaraq səbəbsiz yerə bu hal təkrarlanırsa istehlakçı hüquqları pozulmuş olur və iqtisadi, eyni zamanda ticarət qanunlarına əsasən satıcı platformadan kənarlaşdırılmalıdır".
O qeyd edib ki, reallığa qaldıqda isə situasiya bir qədər fərqlidir:
"Reallığa qaldıqda isə situasiya bir qədər fərqlidir. Məhsulun rəngi, ölçüsünə görə əsasən qiymət dəyişə bilir. Elektron ticarətdə mağazaların reklam və qiymət siyasətinə görə fərqlilik göstərə bilir. Məsələn elə geyim var ki, onun yaşıl-xaki rənginə tələbat yoxdur. X bir məhsulun qiyməti qırmızı rənglə ana səhifədə endirim ilə təqdim edilir. Alıcı ağ, qırmızı və ya başqa rəngini seçib səbətə baxdıqda qiymət fərqi görür halbuki qiymət o rənglərə yox digər rənginə aiddir. Bu hal xalça, pərdə kimi məhsullarda da çox rast gəlir. Məsələn qoyulur 1x1 ölçü hər hansısa qiymətə alıcı düşünür ki, qiymət çox münasibdir. Lakin o qiymətə və o ölçüdə qoyulmasında məqsəd odur ki, ilk növbədə alıcı kiçik ölçü sifariş edib keyfiyyətinə baxsın əgər məmnun olarsa o zaman böyük ölçü sifariş etsin. Çünki bu elektron ticarətdir, mağaza istehlakçıdan minlərlə kilometr uzaqlıqdadır, həmçinin də məhsul alıcı üçün özəl ölçüdə kəsilir onun üçün sifariş etmədən öncə ölçünü dəqiqləşdirmək lazımdır".
"Digər bir səbəb isə əsasən saat fərqinə görə ola bilər. Məsələn Bankın qeyri iş saatında valyuta fərqli ola bilər və buna bağlı olaraq da cüzi valyuta fərqi və vergiyə əsasən qiymətlər cüzi dəyişə bilər",-deyə iqtisadçı bildirib.
Şahanə Ziyad

İqtisadiyyat       Tarix: 17 oktyabr 2026
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

"Protokol İdarəçiliyi və Korporativ Təmsilçilik" təlimi keçirilib - FOTOLAR

Marsol Academy-nin təşkilatçılığı ilə 3 oktyabr tarixində "Protokol İdarəçiliyi və Korporativ Təmsilçilik" mövzusunda peşəkar təlim keçirilib. "Kavkaz Logistics"in baş sponsorluğu, "Premium Residence"i

"Kontakt"dan ad günü sürprizi: kontakt.az-da yenilik var

Azərbaycanda elektron ticarətin inkişafında ön sıralarda gedən "Kontakt"ad günü ərəfəsində onlayn alış-veriş platforması olan saytınıyeniləyib. İndi məhsulu tapmaq, seçmək və sifariş vermək daha asandır. Bu, -ı

AccessBank tender elan etdi

AccessBank QSC maraqlanan təşkilatları tenderdə iştirak etməyə dəvət edir. Bankın məlumatında deyilir ki, UPS üçün ehtiyat hissələrinin təchizatı tenderi elan olunub. Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər ətrafl

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.45% artaraq 4.167 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.57% bahalaşaraq 56.19 AB

Gələn il kimlərin maaşı arta bilər?

Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VII Qurultayında çıxışı zamanı gələn il minimum əməkhaqqının, pensiyaların, sosial müavinətlərin artırılacağını bildirməsi növbəti sosial proqramın konturlarını müəyyə

Derimod-un "Vision 2030" yolunda yeni mərhələ: Bakı

Türkiyənin dəri gödəkçə, ayaqqabı və çanta kateqoriyalarında bazar lideri olan Derimod 50 ildən artıq brend tarixini və pərakəndə satış təcrübəsini beynəlxalq böyümə strategiyasına daşıyır. "Vision 2030" strategiyas

AccessBank 2026-cı ilin 3-cü rübün sonuna olan maliyyə hesabatını açıqlayır

Mikro, kiçik və orta sahibkarlığın kreditləşməsi bazarının lideri olan AccessBank, 2026-cı ilin 3-cü rübün sonuna olan maliyyə nəticələrini açıqlayır. Ətraflı məlumat əldə etmək üçün: . Bank, 2026-cı ilin 3-cü rübün sonun

Azərbaycanda ən yüksək maaşı kimlər alır?

Ölkədə ən yüksək orta maaş mədənçıxarma sənayesi sahəsində qeydə alınıb. -a istinadla xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında göstərilir. Qeyd olunur ki, bu məbləğ 4207.2 manat təşkil edib. Maliyyə-sığort

Bir-dən sahibkarlar üçün güzəştlər: "Biznesdə birlikdə" proqramına müraciət üçün tələsin

Bir ekosisteminin mikro sahibkarlara və iqtisadi inklüzivliyə dəstək məqsədilə start verdiyi "Biznesdə birlikdə" layihəsinə qeydiyyat davam edir. Müraciətlərin qəbulu üzrə son tarix 22 oktyabr 2026-cı ildir. Layih


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən son xeber son xeberler azerbaycan iqtisadiyyat xeberleri bugun cəbhədən xəbərlər