ŞOK İDDİA: Özbəkistanda ABŞ hərbi qüvvələri yerləşdirilə bilər
Pentaqon rəsmiləri bu ay ABŞ-ın anti-terror qüvvələrinin Özbəkistanda yerləşdirilməsinin mümkünlüyünü müzakirə edəcək.
Publika.az xəbər verir ki, bu barədə "Politico"ABŞ ordusunun planları ilə tanış olan konqresdəki mənbələrə istinadla məlumat yayıb.
"Gündəmin başında "üfüqdə" antiterror qüvvələrinin yerləşdirilməsi olacaq. Belə bir razılaşma ABŞ ordusunun Əfqanıstandakı hədəfləri daha yaxşı müşahidə etməsinə və vurmasına imkan verəcək", - mənbə bildirib.
Qeyd edək ki, bir müddət əvvəl Co Bayden administrasiyası Əfqanıstanla həmsərhəd olan ölkələrlə bu cür razılaşmaları müzakirə etmək istədiyini açıqlayıb. Lakin konkret nəticələr barədə heç bir məlumat verilməyib. Birləşmiş Ştatlar Əfqanıstanda 20 illik mövcudluğundan sonra avqust ayında bu ölkədə qoşunlarını çıxardı.
Hüseyn

İranda azərbaycanlı mollaların müəmmalı ölümləri baş verir - Qumda yaşanan olaylar zənciri
Şahbaz Şərif: "Dünya sülhə heç vaxt indiki qədər yaxın olmayıb"
İran XİN başçısı: "ABŞ ilə razılaşmaya heç vaxt bu qədər yaxın olmamışdıq"
Qadağan olunmuş məlumatları "TikTok"da yayan şəxs həbs olundu
Bank Respublika "Ümumdünya Qan Donoru Günü" ərəfəsində qanvermə aksiyası keçirdi - FOTOLAR
Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI
Pensiyaçılara şad xəbər
12 iyun üçün rəsmi məzənnələr məlum oldu
Çexiya millisi 20 ildən sonra DÇ-də qol vurdu
"Heydər Əliyev yolu Azərbaycanın uğur yoludur
DÇ-2026: Daha 2 maraqlı oyun baş tutacaq
MM Portuqaliyada səfirliyin təsis edilməsini təsdiqlədi
Nərimanovda premium təmirli mənzillər: "City Garden Narimanov" mənzil fürsətləri təqdim edir
Pensiyanız arta bilər - Çoxunun bilmədiyi hesablama
Qara qızıl ucuzlaşdı