SON DƏQİQƏ: Mübariz Mənsimov bu ittihamla həbs olunub - FOTO/VİDEO (YENİLƏNDİ)
Video əlavə edilib.
İstanbul Növbətçi Sülh Cəza Hakimliyi Mübariz Mənsimovun həbsinə Türkiyə Cümhuriyyəti Konsitutsiyasının 314.2-ci maddəsi əsasında qərar verib.
Publika.az xəbər verir ki, bu maddə silahlı terror qruplaşmasına üzv olmaq cinayətini ehtiva edir.
Qeyd edək ki, 15 mart tarixində İstanbul Respublika Baş Prokurorluğunun Terrorizm və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Bürosu şübhəlilər haqqında şikayət, xəbərdarlıq və İstanbul Respublika Baş Prokurorluğunun Terrorizm və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Bürosu tərəfindən aparılan təsbitlər istiqamətində başladılan istintaq əməliyyatları çərçivəsində axtarış və saxlanılma qərarı verilmişdi.
Bu da o deməkdir ki, Mübariz Mənsimov haqqında prokurorluğa şikayət daxil olub.
***
10:04
"Milliyet"in xəbərinə görə, İstanbul Respublika Baş Prokurorluğunun Terrorizm və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Bürosu tərəfindən başladılan istintaq çərçivəsində saxlanılan Mübariz Mənsimov Qurbanoğlu və şirkətinin meneceri Nuray Nurcihan Perker dünən axşam Çağlayandakı İstanbul Ədalət Sarayına göndərilib.
Qurbanoğlu və Perker ifadə verdikdən sonra haqlarında həbs tələbi ilə məhkəməyə göndərilib.
Perker şərti azadlığa buraxılıb, Mənsimov isə həbs olunub.
***
09:39
"Palmali" Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimov həbs olunub.
xəbər verir ki, bu barədə Türkiyə mətbuatı informasiya yayıb.
Qeyd edək ki, Mənsimov Fətullah Gülən Terror Təşkilatı (FETÖ) ilə əlaqələri olduğu ittihamı ilə saxlanılmışdı.
Zümrüd
Video: Sevinc Xanqızı
f Paylaş
Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək