SON DƏQİQƏ: Türk ordusundan dəhşətli hücum - Əsədin ən önəmli mövqeləri DARMADAĞIN EDİLDİ
Suriyanın İdlib şəhərində Türkiyə Silahlı Qüvvələri ilə Bəşər Əsəd rejimi və dəstəkçiləri arasında qarşıdurma davam edir.
xəbər verir ki, aralarında 1 km məsafə olan tərəflər bir-birilərinin mövqelərinə havadan hücum edir.
Bəşər Əsəd rejimi ünsürləri Xan Tüməndəki müşahidə məntəqəsinə hücum edib. Türk ordusu rejimin hədəflərini atəşə tutub. Türk topçuların vurduğu mövqelərdən biri də Həmadakı helikopter bazası olub. Helikopterlərlə bombalı hücumlar təşkil etmək üçün istifadə edilən bazada böyük partlayışlar olub. Yerli qaynaqlar "Cub Ramla" adlı bu bazanın rejimin əhəmiyyətli partlayıcı depolarından birinin olduğunu bildirir.
Qeyd edək ki, İdlibə 17 km məsafədə yerləşən Sərakib qəsəbəsi dünən rejimə təslim olub. Təzyiqə dayan bilməyən müxalif qüvvələr şəhəri boşaldıb. Qəsəbədə qurulan 4 yeni türk müşahidə məntəqəsi Əsəd rejimi tərəfindən mühasirəyə alınma təhlükəsi ilə qarşı-qarşıyadır.
Əsəd rejimi və İranın depolamağa başladığı İdlibdə "Mehmetçik" 4 milyon dinc sakini qorumaq üçün hərbi tədbirləri sürətləndirib. Bu çərçivədə göndərilən 100 avtomobillik konvoy ötən gün Suriya sərhədini keçib.
Zümrüd

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək