Sosial müdafiə və təminat xərclərində ARTIM
2024-cü ilin dövlət büdcəsinin layihəsində sosial müdafiə və sosial təminat xərcləri üçün 4542,2 milyon manat vəsait proqnozlaşdırılır.
KONKRET.az xəbər verir ki, bu barədə "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununda qeyd olunub.
Məlumata görə, bu da 2023-cü illə müqayisədə 226,3 milyon manat və ya 5,2 faiz, 2022-ci ilin icra göstəriciləri ilə müqayisədə isə 1077,8 milyon manat və ya 31,1 faiz çoxdur.
Bundan başqa, büdcədə əhalinin gəlir əldə etmək imkanlarının və rifahının yaxşılaşması, yoxsulluq səviyyəsinin azaldılması, aztəminatlı ailələrin, xüsusilə də sosial cəhətdən həssas təbəqələrinin sosial müdafiəsinin gücləndirilməsi və digər sosial tədbirlərin maliyyə təminatı üçün 2024-cü ilin dövlət büdcəsinin layihəsində 2630,7 milyon manat vəsait nəzərdə tutulub.
Bu da 2023-cü illə müqayisədə 649,6 milyon manat və ya 32,8 faiz çoxdur. Artımın əsas səbəbi 2023-cü ildə sosial müavinətlərin və təqaüdlərin miqdarının artırılması ilə əlaqədar 2024-cü ildə maliyyə təminatının yaradılması (357.3 milyon manat) ilə bağlıdır.
Xidmetler [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"Qarabağ"ın sabiq futbolçusu istefa verdi