"Şöşü" medal aldığı üçün onu tənqid edənlərə cavab verdi

"Şöşü" medal aldığı üçün onu tənqid edənlərə cavab verdi
"Bozbash Pictures" komediya layihəsində "Şöşü" obrazı ilə yadda qalan tanınmış aktyor Ramil Babayev Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev tərəfindən Milli Mətbuat Günü münasibətilə "Hərbi əməkdaşlıq sahəsindəki xidmətlərinə görə" medalı ilə təltif edilməsindən danışıb.
R.Babayev pravda.az-a müsahibəsində bu məsələni müzakirə obyektinə çevirənlərə belə cavab verib:
"Mən "Şöşü" obrazını canlandıranda da ATV kanalında "Komando" hərbi layihəsinin rəhbəri idim. "Şöşü"nü oynamaq o demək deyil ki, mən başqa iş görə bilmərəm. "Şöşü" sadəcə bir obrazdır, amma hərbi veriliş bizim Vətənimizin mərd igidlərini düşmənə göstərmək üçündür ki, görsünlər, necə oğullarımız var. "Komando" verilişi 16 ildir var. Mən də 16 ildir bu verilişin layihə rəhbəriyəm. Əvvəl aparıcım var idi, amma iki ildir artıq "Komando"nu özüm aparıram. "Youtube"da da baxa bilərlər ki, "Komando" verilişi necə, hansı əziyyətlərlə hazırlanır. Hərbçilərimizin xidmətlərini, əziyyətlərini xalqa göstəririk, onlarla qürur duyuruq. Təltif olunduğuma görə tənqid edən jurnalistlər, deməli, yaxşı jurnalist deyillər. Onlar bilmirlər ki, "Şöşü" deyil, Ramil Babayevdir və "Şöşü" onun obrazıdır. Ramil Babayev isə bir neçə işlə məşğuldur. Eyni qaydada da hərbi veriliş aparıram, sevə-sevə özüm montaj edirəm. Ola bilsin, ya bunu bilmirlər, ya da qısqanclıqdan yazıblar. Dövlət Sərhəd Xidməti çox sağ olsun ki, əziyyətimizi layiqincə qiymətləndirdi".
Qeyd edək ki, aktyorun təltifi bəzi media nümayəndələri tərəfindən birmənalı qarşılanmayıb və tənqid olunub. / oxu.az

Şou Biznes       Tarix: 21 iyul 2023
f Paylaş

Oxşar xəbərlər

Məşhur aktyor vəfat etdi

ABŞ-li aktyor Maykl Forest 97 yaşında vəfat edib. Bu barədə "The Hollywood Reporter" nəşri məlumat yayıb. Məlumata görə, aktyor ömrünün son illərini qocalar evində keçirib. Maykl Forest "Star Trek" serialınd

Ceki Çan və Devid Bekhem Çində bir arada

Əfsanəvi aktyor Ceki Çan və dünyaca məşhur keçmiş futbolçu Devid Bekhem Makaoda keçirilən NBA Çin Oyunları çərçivəsində bir araya gəliblər. Məşhurlar basketbol qarşılaşmasını birlikdə izləyiblər. Ceki Çan tədbirdə basketbo

5 milyonluq səhifəsini bağlamışdı - Səbəbini açıqladı

Həm karyerası, həm də şəxsi həyatı ilə hər zaman gündəmdə olan türkiyəli aktyor Kıvanç Tatlıtuğ təxminən 5 milyon izləyicisi olan instaqram hesabını niyə deaktiv etdiyini açıqlayıb. Türkiyə KİV xəbər verir ki, tədbirləri

Türkiyəli məşhur aktyor 90 yaşında vəfat etdi

Türkiyənin tanınmış aktyoru, şair və yazıçı Nihat Ziyalan 90 yaşında vəfat edib. xarici mətbuata istinadən xəbər verir ki, uzun illərdir Avstraliyanın Sidney şəhərində yaşayan sənətçinin vəfatını "Kaktüs" dərgis

Yenidən məhkəmədə üz-üzə gələcəklər

Dünyaca məşhur müğənni Şakira və "Barselona"nın sabiq futbolçusu Jerar Pike oğlanları ilə görüş qaydalarını müzakirə etmək üçün yenidən Barselona məhkəməsində üz-üzə gələcəklər. "EL PAÍS" nəşri xəbər veri

Qadınlara gül almayın' - Niyamdan kişilərə

Müğənni Niyam Salami qadınlara hədiyyə seçimi ilə bağlı maraqlı fikirlər səsləndirib. Sənətçi həmkarı İzzət Bağırovun konsertində kişilərə qadınlara gül almaq əvəzinə qızıl hədiyyə etməyi tövsiyə edib. "Kişilərə tövsiyə

Bir bölümə 150 min manatdan çox - Türk aktyorlarının QAZANCI

Türkiyə serialları təkcə ölkə daxilində deyil, dünyanın bir çox ölkəsində böyük auditoriyaya sahibdir. Serialların beynəlxalq satışları və məşhur aktyorlara olan maraq ulduzların qonorarlarına da təsir göstərir. Bəzi ba

"Günaydın, Azərbaycan"dan getmə səbəbini açıqladı

Aparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkədə canlı yayım açaraq izləyicilərinin suallarını cavablandırıb. xəbər verir ki, aparıcı "Günaydın, Azərbaycan" verilişindən ayrılma səbəbini açıqlayıb. X.Hidayətqızı bildiri

Tanınmış reperi həbsxanada döydülər

P.Diddy kimi tanınan amerikalı reper Şon Kombs ABŞ-dəki Fort Diks həbsxanasında yamaykalı narkobaron Kristofer Koukla davada başından xəsarət alıb. Münaqişə 9 oktyabrda baş verib. Hadisəyə həbsxana rəsmilərinin reperin dəbdəbəl


azerbaycan xeberleri yeni xeberler son xeberler ən son xəbərlər bugün ən son xəbərlər cəbhədən son görüntülər xəbərlər