Sovetin vaxtında müəllimlər şagirdləri döyürdülər, indi belə hallar yoxdur' - Deputat

Sovetin vaxtında müəllimlər şagirdləri döyürdülər, indi belə hallar yoxdur' - Deputat"Bizim zamanımızda da məktəblərdə döyülmə halları var idi. Yadımdadır ki, bizim özümüz də məktəbdə dalaşırdıq, kiminsə burnu qanayırdı, kimsə yüngül zədələr alırdı. Mən oxuduğum zaman Sovetin vaxtına düşür, o zamanlar müəllimlər də şagirdləri döyürdülər. Şillə də vururdular, başına yumruq da vururdular. İndi Allaha çox şükürlər olsun ki, belə məsələlər yoxdur".
Bu sözləri azxeber.com-a açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev son zamanlar məktəblərdə baş verən xoşagəlməz hallara münasibət bildirərkən deyib.
O, qeyd edib ki, bunların hamısını məktəblərin və məktəb rəhbərlərinin üstünə yıxmaq da doğru deyil:
"Amma indi məktəblərdə bullinq dediyimiz qısnama, hədə-qorxu gəlmə, zəifləri incitmə meylləri var. Bunların hamısını məktəblərin və məktəb rəhbərlərinin üstünə yıxmaq da doğru deyil. Hər bir uşağın başına bir gözətçi taxmaq da mümkün görünmür. Əsasən, bu cür halların qarşısının alınması üçün valideynlərlə övladları arasında düzgün təmas qurulmalıdır. Baxın, o sonuncu döyülən uşaq əgər evlərində desəydi ki, məni məktəbdə incidən bir uşaq var, mənimlə dava etmək istəyir, nə vaxtsa məni döyəcək və s. Bəlkə də onun valideynləri vaxtında gəlib bu barədə məktəbi xəbərdar edərdilər. Bundan sonra isə baş verən hadisəyə görə məktəb məsuliyyət daşıya bilərdi".
Deputat qeyd edib ki, müəllimlər şagirdlərin davranışları ilə bağlı mütəmadi məlumat verməlidirlər:
"Məncə, valideynlərə övladları arasında bu məsələlərdə açıq söhbət olmalıdır. Valideyn bilməlidir ki, məktəbdə onun uşağı necə oxuyur, özünü necə aparır, davranışları necədir. Müəllimləri ilə müntəzəm olaraq görüşüb söhbət etməlidir, məlumat almalıdır. Bundan əlavə, bəs müəllimlərin və məktəb rəhbərliyinin məsuliyyətləri nədən ibarətdir? Məktəbdəki hər bir uşağın xasiyyəti, özünü aparması barədə təbii ki, onlarda ciddi məlumatlar olur. Çünki hər gün o uşaqlara dərs deyirlər, onlarla oturub-dururlar. Sözügedən uşaqları da bilirlərsə, bu barədə valideyni məlumatlandırmalıdırlar. Mütləq şəkildə onları bu məsələdə məsuliyyət daşımağa vadar etməlidirlər. Əgər onlar bununla bağlı zamanında məlumat vermirsə, o zaman dərsdə olan müəllim də, müəllimə də, məktəb rəhbərliyi də artıq müəyyən məsuliyyət daşıma olacaq".
"Çünki valideyn uşağını məktəbə sağ-salamat göndərir, sağ-salamat da geri almaq istəyir. Uşağını müəyyən müddətə məktəbə verir, özü arxayın evdə oturduğu zaman isə övladı məktəbdə zədə alır, təhqirə, döyülməyə məruz qalır. Bu baxımdan məktəbdə müəllimlər uşağına olan münasibəti, davranışlarını öyrənib zamanında məktəb rəhbərliyinə məlumat verməlidir. Valideynlər də övladları ilə təmas yaratmalıdır ki, nəsə olanda gəlib valideynə məlumat versinlər", - deyə deputat əlavə edib.
Aydın Nuri

Sosial       Tarix: 11 oktyabr 2022
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən video axsam az xeberler son xeber meherremlik 2026