Şoyqu vəzifəsindən azad edilə bilər - ABŞ institutu AÇIQLADI
"Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu vəzifəsindən azad oluna bilər".
KONKRET.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.
Bildirilib ki, bəzi rusiyalı fəallar S.Şoyqunu hərbi forma alqı-satqısında ittiham edirlər: "Onlar müdafiə nazirini istefaya çağırırlar. İddialara görə, həmçinin yeni formalar keyfiyyətsiz və bahadır. Bir formanın qiyməti təxminən 130-210 min rubldur. "Vaqner" muzdlu hərbi təşkilatına yaxın mənbələr Şoyqunun xalq qarşısında etibarını itirdiyini bildirirlər. Onların fikrincə, Rusiya Prezidenti Vladimir Putin müdafiə nazirini işdən çıxarandan sonra vəziyyət düzələ bilər".
Məlumatda, həmçinin bildirilib ki, "Vaqner" muzdlu hərbi təşkilatının maliyyəçisi Yevgeni Priqojin məhbusların "Vaqner"çilərin sırasına daxil edilməsi prosesinin tamamilə dayandırıldığını bildirib: "Məhbusların "işə götürülməsində" müəyyən məhdudiyyətlər ola bilər. Amma proses davam edəcək".
ABŞ analitiklərinin fikrincə, Rusiya müharibəyə nə qədər tankla başlamışdısa, onlardan yarısını itirib: "Rusiyanın Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib ki, müxtəlif silahların, həmçinin tankların istehsalı artırılmalıdır. Yəqin ki, bu, itkiləri kompensasiya etmək üçündür".
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında müharibə ötən il fevralın 24-də başlayıb.//Report

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir