"Sponsor dəstəyinə ehtiyacımız var" - Mingəçevir futbolunun inkişafına nə mane olur?

"Azarkeşlərin komandadan gözləntiləri çoxdur. Amma daha böyük hədəflərə çatmağımız üçün ilk növbədə maliyyə durumumuzun gücləndirilməsi lazımdır".
Bu fikirləri yeni mövsümə hazırlıqla bağlı KONKRET.az-ın suallarını cavablandırarkən "Mingəçevir" futbol klubunun İdarə Heyətinin sədri Ruslan Həmidov söyləyib.
Onun sözlərinə görə hələ ki, komanda AFFA-nın müəyyən etdiyi konkret maliyyə dəstəyi hesabına ayaqda dayanır.
"Klubun maddi durumuna güc qatacaq sponsor dəstəyinə böyük ehtiyacı var. Ötən müddət ərzində bəzi təkliflər səslənib, müzakirələr aparılıb. Amma hələ ki, ortada konkret nəticə yoxdur. Maddi durumumuz imkan verəcəyi təqdirdə komandaya daha yetənəkli və perspektivli futbolçular cəlb etmək şansımız olacaq. Bu minvalla Azərbaycanda xüsusi yeri və ənənələri olan Mingəçevir futbolunu və futbol məktəbini layiq olduğu mövqeyə çatdırmaq şansı əldə etmiş olacağıq".
Ruslan Həmidov deyir ki, komandanı güclülər dəstəsinə çıxarıb, yüksək eşalonda uğurlu çıxışını təmin etmək başlıca hədəfləridir. Lakin maddi durum imkan vermədiyindən hələ ki, "Mingəçevir"in ikinci, yəni əvəzedici komandasını formalaşdıra bilməyiblər. "Maddi durumumuz zəif olduğu üçün yalnız U-13 komandasını yarada bilmişik. Əslində isə daha böyük yaş qrupunu əhatə edən əvəzedici komanda da yaradılmalıdır. Böyük məqsədləri olan klub bunsuz keçinə bilməz".
Qeyd etmək lazımdır ki, çətinliklərə rəğmən komanda yeni futbol mövsümünə hazırlıqlarını davam etdirir. Seleksiya prosesinə Naxçıvan, Tovuz, Şəmkir və digər bölgələrin komandalarından 10 futbolçu cəlb olunub. Paralel olaraq hazırlıq və seçim üçün yoldaşlıq görüşləri keçirilir. Artıq "Zaqatala" komandası ilə iki yoldaşlıq oyunu baş tutub. Qarşıdakı dönəmdə də fərqli komandalarla yoxlama matçlarının keçirilməsi nəzərdə tutulur. Avqustun 21-dən sentyabrın 1-dək "Mingəçevir" "Kür" Olimpiya Tədris İdman Mərkəzində 10 günlük təlim toplantısı keçib.
R.Həmidovun sözlərinə görə, əsas məqsəd komandanı sentyabrın 13-də keçiriləcək çempionatın açılış matçına hazırlamaqdır.
Xatırladaq ki, Mingəçevir futbolu keçmiş İttifaq çempionatında "Toxucu", "Avtomobilçi", Azərbaycan birinciliyində isə "Kür", "Kürnur" və "Energetik" komandaları ilə təmsil olunub. Bu şəhərdə Anatoli Banişevski, Oleq Romenski, Yaşar Vahabzadə, Qəhrəman Əliyev kimi tanınmış futbolçular uğurla çıxış edərək, sonradan burada məşqçilik fəaliyyəti ilə məşğul olublar.
Ehtiram Muradov,
KONKRET.az

İdman       Tarix: 07 sentyabr 2023
f Paylaş

Oxşar xəbərlər

"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi

Türkiyə milli komandasının və "Real Madrid" futbol klubunun yarımmüdafiəçisi Arda Güler İspaniya təmsilçsi ilə müqaviləsinin müddətini uzadıb. KONKRET.azxəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Roman

"Sabah" bu gün "Slaviya" ilə üz-üzə gələcək

"Sabah" komandasnın əsas mərhələsində növbəti oyununu bu gün keçirəcək. bildirir ki, Azərbaycan təmsilçisi Çexiyanın "Slaviya" kollektivi ilə üz-üzə gələcək. Qarşılaşma Bakı Olimpiya Stadionun, saat 20:45-d

ÇL: Bu gün daha 9 oyun var

Bu gün UEFA Çempionlar Liqasının 2026/27 mövsümünün Liqa mərhələsində II turun son oyunları keçirilir. KONKRET.azxəbər verir ki, turun ikinci oyun günündə də futbol azarkeşlərini maraqlı qarşılaşmalar gözləyir. 21 oktyabr

"Real Madrid"in ulduzu bu komandaya gedir

"Real Madrid"in əfsanəvi müdafiəçisi Dani Karvaxal karyerasında gözlənilməz addım ataraq İspaniyanın digər təmsilçisi "Xetafe" ilə müqavilə bağlayacaq. KONKRET.azxəbər verir ki, bu barədə məşhur insayde

"Sabah" UEFA Çempionlar Liqasında tarixə düşdü

"Sabah" UEFA Çempionlar Liqasında qeydə aldığı göstərici ilə fərqlənib. xəbər verir ki, "OptaJoe"nun paylaşdığı statistikaya əsasən, Bakı klubu turnirin tarixində ardıcıl üç oyunun ilk dəqiqələrindən etibarə

"Sabah" "Slaviya"ya qarşı... - Canlı

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda bu gün keçiriləcək "Sabah" – "Slaviya" matçı üçün heyətlər açıqlanıb. xəbər verir ki, komandalar saat 20:45-də başlayacaq matça aşağıdakı tərkibd

"Qarabağ" "Sabah"ı təbrik etdi

"Qarabağ" klubu "Sabah"ı UEFA Çempionlar Liqasının Liqa mərhələsində ilk qələbəsini qazanması münasibətilə təbrik edib. xəbər verir ki, Ağdam təmsilçisi bununla bağlı rəsmi sosial şəbəkə hesabında paylaşı

Messi millidə son oyununu keçirdi

Argentina millisinin əfsanəsi Lionel Messi yığmadakı karyerasını başa vurub. apa-ya istinadən xəbər verir ki, 39 yaşlı futbolçu milli komandada son matçını Beninə qarşı keçirib. Matç Argentinanın 3:0 hesablı qələbəsiylə baş

"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi

"Bavariya" futbol klubunun baş məşqçisi, belçikalı Vensan Kompani hərtərəfli müayinədən keçəcək və həkimlərin nəzarəti altında qalacaq. xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. "Vensa


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən son xəbərlər 2026 en son xeberler son xeberler bugun 2026 muharibe maliyye xeberler bugun