Süleymanini vuran amerikalı öldürüldü - ŞOK
İran İslam İnqilabı Keşikçiləri Korpusunun "Əl-Qüds" Xüsusi Təyinatlı Qüvvələrinin komandanı general Qasım Süleymaninin sui-qəsd planını hazırlayan amerikalı öldürülüb.
xəbər verir ki, rəsmi Tehranın mətbuat orqanı kimi tanınan "Mizan"ın məlumatına görə, Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşı olan Maykl Dandrea adlı şəxs ötən gün Əfqanıstanda qəzaya uğrayan ABŞ təyyarəsində olub.
"Taliban" terror qruplaşması Mərkəzi Kəşfiyyat İdarəsinə aid olan təyyarənin onlar tərəfindən vurulduğunu iddia edir. Lakin bununla bağlı hər hansı dəlil yoxdur.
Qeyd edək ki, "Qaranlıq şahzadəsi" ("Dark Prince") Maykl Dandrea "Əl-Qaidə" terror təşkilatının lideri Usamə bin Ladenin də sui-qəsdini hazırlayan şəxs olub.
ABŞ-ın ən əhəmiyyətli casuslarından biri olan Dandrea 1979-cu ildə MKİ-yə qatılıb. Dandrea, İrandakı əməliyyatlarından sonra "Ayətullah Mayk" ləqəbi ilə tanınır.
Xatırladaq ki, İran İran İslam İnqilabı Keşikçiləri Korpusunun "Əl-Qüds" Xüsusi Təyinatlı Qüvvələrinin komandanı general Qasım Süleymani 3 yanvarda Bağdad hava limanında sui-qəsdə qurban gedib.
Zümrüd

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək