Sülh Ermənistanın yeganə çıxış yoludur

Sülh Ermənistanın yeganə çıxış yoludurCənubi Qafqaz regionunda sülh və təhlükəsizlik təmin ediləcəyi təqdirdə, inkişaf üçün əsaslı zəmin mövcuddur. Azərbaycan isə bu reallığın güc mərkəzi statusunda çıxış etməkdədir: "Zəngəzur dəhlizinin açılması, bu yol vasitəsilə Şərqlə Qərbin mühüm bir kommunikasiya xətti əldə etməsi mühüm iqtisadi dividendlər vəd edir. Əminliklə bildirirəm ki, bu xətt gələcək illər üçün dünyada ən yüksək potensiallı yükdaşıma trayektoriyalarından birinə çevrilə bilər. Ermənistan bir dövlət kimi var olmaq istəyirsə, Azərbaycanın regionda yaratdığı reallıqlardan faydalanmalı və hər hansı bir təxribata yol verməməlidir. Əks halda, bu ölkə ən böyük pisliyi özünə etmiş olacaq. Ermənistan, həqiqətən də, xilas olmaq istəyirsə, Azərbaycanın bölgədə sülh və əməkdaşlığın bərpa olunması ilə bağlı təşəbbüslərinə qoşulmalıdır".
Ötən il sentyabrın 27-də başlamış 44 günlük İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda Azərbaycanın yaratdığı yeni geosiyasi reallıq formalaşıb. Vətən müharibəsindən dərhal sonra Prezident cənab İlham Əliyev bildirdi ki, Azərbaycan beynəlxalq hüquqa əsaslanaraq, Ermənistanın 30 illik işğalına son qoyub, müharibə yolu ilə özünün ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Bu müharibədə Azərbaycan xalqımıza qarşı 1992-ci il fevralın 26-da Xocalı kimi dəhşətli soyqırımını həyata keçirmiş Ermənistan ordusunu və bəşəriyyət üçün ən təhlükəli meyillərdən olan erməni faşizmini məhv edib. Hələ İkinci Qarabağ müharibəsinin gedişində Prezident İlham Əliyev postkonflikt dövründə Cənubi Qafqazın siyasi arxitekturasını şərh edərkən gələcəkdə bütün istiqamətlər üzrə inteqrasiya və inkişafın, xüsusən də uzunmüddətli sülh və təhlükəsizliyin yaradılmasının vacibliyini bildirib. Bunun üçün Azərbaycan təkliflərlə çıxış edib və bu təkliflər Ermənistanın kapitulyasiyası - 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatda əks olunub. İkinci Qarabağ müharibəsindən sonra Prezident cənab İlham Əliyev bölgədə nəqliyyat kommunikasiyalarının bərpasının, iqtisadi əlaqələrin yaradılmasının Cənubi Qafqazdakı uzun müddətli sülh və təhlükəsizliyə, o cümlədən inkişaf və inteqrasiyaya töhfə olacağını bəyan edib. 
Son altı ayda Ermənistan həm də dərin siyasi böhran içindədir. İqtisadiyyatın və ordunun məhvi, erməni lobbisindən asılılıq, iqtidarla müxalifət arasında siyasətdən kənar kəskin mübarizə, siyasi möhtəkirlərin bir-birinə qarşı çirkin kampaniyası, siyasi reallıqların xalqdan gizlədilməsi, cəmiyyətin aldadılması, ən əsası isə dövlət və xalq maraqlarını düşünən vahid liderin olmaması siyasi böhran içərisində çabalayan hazırkı Ermənistanı səciyyələndirən əsas mənzərədir. Bu, həm də son otuz ildə Ermənistana rəhbərlik etmiş hərbi-siyasi xunta rejimi rəhbərlərinin və oxlokratik qüvvələrin favoriti kimi "əsl demokrat" adı ilə hakimiyyətə yiyələnmiş, siyasi cəhətdən qeyri-yetkin, qeyri-adekvat və irrasional birinin bütöv bir cəmiyyətə bəxş etdiyi fəlakətin mənzərəsidir. Son 30 ildə Cənubi Qafqazın bu iki dövləti arasında nəyin baş verməsindən asılı olmayaraq, Azərbaycan regionun və xalqların inkişafı naminə gələcəyə baxmağı təklif edir. Bununla bağlı olaraq Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, istənilən potensial hərbi qarşıdurma riskini minimuma endirmək və ya aradan qaldırmaq üçün Azərbaycanın Ermənistanla sülh razılaşması üzərində işləməyə, sərhədlərin delimitasiya və demarkasiyasına ehtiyac var. Əlbəttə, bütün bu işlər birgə səylər tələb edir və bunlar birtərəfli qaydada həyata keçirilə bilməz.
Sülh müqaviləsinin bağlanması Ermənistanın siyasi və iqtisadi xilası olacaqdır, əks təqdirdə ermənilər dövlətçiliyini itirmək təhlükəsi ilə barışmalı olacaqlar. Çünki Azərbaycanın iqtisadi imkanları böyükdür və Qarabağı tamamilə bərpa etmək qüdrətindədir.
Nilufər Kərimova,
Bakı Turizm Peşə Məktəbinin direktoru, əməkdar müəllim

Sosial       Tarix: 06 iyul 2021
f Paylaş

Oxşar xəbərlər

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. " "a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki "VAZ 2107" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir


yeni xeberler son xeberler azerbaycan xeberleri maşın realiti şou axsam.az xeberler xeberler bugun 2026 cebheden xeberler