Bu tarixdə dəhşətli istilər olacaq - Xəbərdarlıq edildi

Bu tarixdə dəhşətli istilər olacaq - Xəbərdarlıq edildiYaz mövsümündə havaların gözləniləndən daha sərin keçməsi cəmiyyətdə yay aylarının necə olacağı ilə bağlı suallar yaradır. Temperatur balansının pozulması və qeyri-sabit hava şəraiti iqlim dəyişikliklərinin təsirlərini daha qabarıq göstərir. Xüsusilə yaz aylarında soyuq hava kütlələrinin aktivliyi diqqət çəkən amillərdən biridir. Bunun fonunda belə bir sual aktuallaşır ki, yazın sərin keçməsi yayda kəskin istilərin olacağı ehtimalını artırır?
azxeber.com xəbər verir ki, məsələ ilə bağlı ekoloq Sadiq Həsənov Demokrat.az-a havaların bu cür sərin keçməsi yaz mövsümünə müəyyən qədər uyğundur, müəyyən qədər isə uyğun olmadığını bildirib.
"Çünki hava bəzən həddindən artıq sərin və soyuq olur. İsti günlərin sayı olduqca azdır. Bu isə iqlimdə baş verən dəyişikliklər, Arktik hava kütlələrinin və siklonların daxil olması ilə bağlıdır. Hətta qonşu Türkiyənin bəzi regionlarında qar yağıb. Bu da havanın kəskin soyumasının göstəricisidir və yaz fəslinə tam uyğun deyil".
Ekoloq deyib ki, vəziyyətin belə davam etməsi, yayda isti günlərin sayının artmasına səbəb olacaq:
"Çünki yağıntının çox olması və rütubətin artması nəticədə havanın daha isti keçməsinə təsir göstərən amillərdəndir. Bu isə isti günlərin sayını artıraraq istiləşmə prosesinin bir qədər uzanmasına gətirib çıxara bilər. Onsuz da son dövrlərdə ölkədə istiləşmə günlərinin sayı xeyli artıb. Buna görə də bu ilin də isti keçən yaylardan biri olacağı gözlənilir", - deyə o qeyd edib.

Sosial       Tarix: 06 may 2026
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Qızıl niyə ucuzlaşır?

Qızılın qiyməti ABŞ-da inflyasiya riskləri və Federal Ehtiyat Sisteminin (FES) faiz siyasətinin gələcək istiqaməti ilə bağlı gözləntilər fonunda geriləyib. -a sitinadla xəbər verir ki, spot qızılın bir unsiyası 0,3 faiz ucuzlaşara

Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı

Abşeron rayonunun Xırdalan şəhərində dostunu bıçaqlayan şəxs həbs edilib. "Teleqraf"a istinadən xəbər verir ki, Nurlan (ad-soyad şərti verilib - red.) kafedə spirtli içki qəbul etdikdən sonra əvvəllər tanıdığı Hikmətl

BDU-nun qarşısında tələbə sıxlığı – Universitetdən AÇIQLAMA

Bakı Dövlət Universitetinin qarşısında sıxlıq müşahidə olunub. Universitet ətrafında yaranan sıxlıqla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Görüntülərdə tələbələrin universitetə giriş-çıxışı zamanı ərazidə sıx hərəkətlili

Evdən 10 min manatlıq oğurluq edən şəxslər saxlanıldı

Paytaxtın Nizami rayonu ərazisində evlərdən birindən qızıl-zinət əşyaları və pul oğurlanıb. xəbər verir ki, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı oğurluq əməlin

Kredit kartlarından istifadədə diqqətçəkən dəyişiklik: Vətəndaşların yeni maliyyə seçimi

Azərbaycanda bank kartlarından istifadənin ümumi həcmi artmaqda davam etsə də, bu sahədə diqqətçəkən fərqli tendensiya müşahidə olunur. Belə ki, debet kartları ilə aparılan əməliyyatlar artdığı halda, kredit kartları üzr

Məktəbli forması niyə vacibdir?

Məktəblərdə vahid geyim formasının tətbiqi məsələsi yenidən gündəmə gəlib. Müzakirələr zamanı əsas diqqət yalnız məktəb qaydalarına riayət olunmasına deyil, eyni zamanda şagirdlər arasında maddi imkanlardan qaynaqlanan fərqləri

"Beş mindən çox daimi iş yerlərinin açılması nəzərdə tutulur

"Ölkə iqtisadiyyatı üçün çox perspektivli sahə olan dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı bu gün bizə təqdim ediləcək. Proqramın hazırlanması üçün mən bir müddət bundan əvvəl - apreli

Bakı bulvarı Bibiheybət və Zığa qədər uzanacaq? - RƏSMİ CAVAB

"Burada müasir şəhər parklarının rolu prizmasından yanaşma, düşünürəm ki, önəmli olardı. Müasir şəhər parkları sadəcə yaşıllıqların salındığı istirahət məkanı anlayışından kənara çıxır və özlüyündə müasir şəhərsalmad

Gömrüklə bağlı mühüm məqam: Pulu kim verir?

Gömrük ekspertizasının aparılması ilə bağlı yaranan xərclərin kimin tərəfindən ödənilməsi ekspertizanın hansı tərəfin təşəbbüsü ilə keçirilməsindən asılıdır. xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb


azerbaycan xeberleri son xeberler yeni xeberler oxu.az xeberler son xeberler 2026 bu gune olan xeberler meherremlik 2026