"Sülh sazişinin imzalanması ilə regionumuz daha da çiçəklənəcək" - Ərdoğan
"Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması ilə regionumuz daha da çiçəklənəcək".
KONKRET.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tviter hesabında bildirib.
Ərdoğan qeyd edib ki, qardaşlığımıza uyğun olaraq ticarətdən enerjiyə, müdafiə sənayesindən nəqliyyata qədər hər sahədə əməkdaşlığımız daha da dərinləşəcək:
"Türkiyə və Azərbaycan olaraq Şərqlə Qərb arasında strateji bir yerə sahibik. Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması ilə regionumuz daha da çiçəklənəcək. Biz bu dialoq prosesini İlham qardaşımla tam koordinasiya şəraitində həyata keçiririk. Mən də inanıram ki, biz bu təmasların müsbət nəticələrini yaxın gələcəkdə görəcəyik".
Qeyd edək ki, Türkiyə Prezidenti iyunun 12-13-də Azərbaycanda rəsmi səfərdə olub.

Qurban Qurbanov: "Qarabağ"ın Avstriya toplanışı pis keçmədi"
Azərbaycanda şirkətlərdən birində milyonluq yeyinti ÜZƏ ÇIXDI - HƏBS EDİLƏNLƏR VAR
Didye Deşam Kilian Mbappenin qarşısında baş əydi
"Qarabağ" Ukrayna klubuna böyük hesabla məğlub oldu
Mbappe Messini keçdi
Leyla Əliyeva Yevlaxda "Gənc arıçı" layihəsinin iştirakçısı ilə görüşüb
Bakıda yaşayış kompleksində yanğın - Maşınlar da ziyan görüb
SEPAH bu ölkəyə ballistik raketlə hücum etdi
Sevgilisi ilə Tiflisə gedən Fatiməni xalası oğlu belə öldürdü... – Dəhşətli qətlin TƏFƏRRÜATI
Samuxda "MAZ" çaya aşdı - Ölən və xəsarət alanlar var
Ucuz generator almağın hansı riskləri var?
Sumqayıtda evdən cansız bədən TAPILDI
İqbal Ağazadənin hesabı oğurlandı, Ləman Ələşrəfqızı isə... - ŞOK DƏLƏDUZLUQ