"Sülh şəhəri"nin qanlı-qadalı tarixi - TƏHLİL

"Sülh şəhəri"nin qanlı-qadalı tarixi - TƏHLİL "Sülh şəhəri"nin qanlı-qadalı tarixi - TƏHLİL
Sentyabr ayının ilk ongünlüyü yəhudilik və Qüds şəhəri tarixinə qara hərflərlə yazılıb. Çünki müqəddəs şəhər və onun incisi olan Müqəddəs Məbəd tarixdə iki dəfə məhz bu təqvimlərdə yandırılıb.
Beş min il yaşı olan Qüds şəhəri ötən böyük tarixi dövr ərzində 23 dəfə işğal olunub, dəfələrlə yandırılıb, dağıdılıb, əhalisi qətlə yetirilib, sürgün olunub. Lakin 5 min illin tarix ərzində bu iki təqvim xüsusi ilə seçilir. Çünki bu təqvimdə şəhərin əsas incisi, səmavi dinlərin müqəddəs məbədi olan Müqəddəs Məbəd dağdılaraq yandırılıb. Məhz ikinci dəfə, bizim eranın 70-ci ilində sentyabrın 8-də Müqəddəs Məbəd ikinci dəfə yandırılıb və bundan sonra inşa olunmayıb. Müqəddəs Məbəd və ya Süleyman Məbədi ilk dəfə eramızdan əvvəl 587-ci ildə sentyabrın 10-da Babil hökmdarı II Navuxodonosor tərəfindən yandırılıb. 
Birinci dəfə Qüdsü 597-ci ildə ələ keçirən Babil hökmdarı şəhəri ikinci dəfə ələ keçirəndə məbədi yandırır və qarət edir. Eyni zamanda şəhərin əsilzadələrini Babilə sürgünə aparır. Onlarla birlikdə Qüdsün və Məbədin sərvətini, eləcə də mistik Musanın sandığını da, deyilənlərə görə, həmin vaxt Babilə aparır. Bəzi mənbələr isə sandığın həmin vaxt yoxa çıxdığını yazır. Bununla da Birinci Məbəd Dövrü adlanan dövr başa çatır.
Yəhudilərə isə 538-ci ildə perslərin Babil hakimiyyətinə son qoymasından sonra Qüdsə dönmələrinə icazə verilir. Qüdsdəki Müqəddəs Süleyman Məbədini ikinci dəfə romalılar bizim eranın 70-ci ilində təxmini ehtimallara görə sentyabrın 8-də yandırır. Şəhər tamamilə yandırılıb məhv edilir. Bu zaman Müqəddəs Məbədin yalnız qərb divarı salamat qalır. Hazırda "ağlama divarı" adlanan bu yer yəhudilərin müqəddəs məkanlarından biri, dua yeridir. Ortodoks yəhudi inancına görə, Məbədi yalnız "xilaskar" zühur edib bərpa edəcək. Bu səbəbdən də 2 min ildi ki, Məbəd bərpa olunmayıb. Hazırkı İsrail dövləti də məbədi bərpa etmir. 
Müqəddəs Məbəd və ya Süleyman Məbədi adlanan yəhudiliyin əsas dini mərkəzinin inşası Davud peyğəmbərin zamanında başlayıb. Ancaq rəvayətə görə, həzrət Davud bu məbədin divarları bir adam boyu hündürlükdə olanda vəfat edib. Tikintini və 12 məhəllədən ibarət olan Qüds şəhərini bütövlükdə inşa etdirib başa çatdırmaq Davudun oğlu həzrət Süleymana nəsib olur. Beyt əl-Müqəddəsin tikintisində qızıl, gümüş, yaqut və başqa qiymətli metal və daşlardan istifadə olunub, tikinti yeddi ilə başa çatıb. Rəvayətə görə, həzrət Süleyman nəsildən-nəsilə keçən və içərisində həzrət Musadan yadigar qalan qədim Tövrat nüsxəsinin olduğu Əhd sandığını (Tabutu Səkinə) Məscid əl-Əqsaya qoyub. Ancaq sonradan sandıq Babil işğalı zamanı yoxa çıxır. 
"Qüds", ərəbcə "müqəddəs şəhər" mənasındadır. Şəhərin yəhudi adı isə Yeruşalem, ibrani dilində "Sülh şəhəri" adlanır. Lakin bu bəlalı şəhərin sülh və əmin-amanlıq dövrü çox az olub. Qüdsün "ürəyi" isə heç şübhəsiz ki, əl-Əqsa məscididir. Amma bu müqəddəs təpədə yalnız müsəlman məbədi deyil, hər 3 dinin – İslam, xristianlıq və yəhudiliyin müqəddəs məbədləri yerləşir.
Əl-Əqsa məscidi Quranda mübarək məkan adlandırılıb, müsəlman aləmi üçün Məkkədən sonra ikinci müqəddəs məkandır. Məscidin adı Məhəmməd Peyğəmbərin (s) sağlığında Məkkəyə ən uzaq yerdə olması səbəbindən "Məscid əl-Əqsa" adlandırılıb. Əsas məbədlər isə Haram-əl-Şərif adlanan və qədim yəhudi məbədi ərazisindədir. Burada müsəlmanların müqəddəs əl-Əqsa və "Qubbət əs-Sahra" məscidləri yerləşir. Hansı ki, İslam Peyğəmbəri Həzrət Məhəmmədin (s) buradan Meraca getdiyi bildirilir. 
Xristianlığın Qüdsdəki müqəddəs məbədi isə "Müqəddəs Kəbir" kilsəsidir. Hansı ki, Həzrət İsanın (ə) burada çarmıxa çəkildiyi və dəfn olunduğu (xristian inancına görə – müəllif) ehtimal olunur. Hazırda bu kilsə Roma Katolik Kilsəsi, Yunan Pravoslav Kilsəsi və Erməni Patriarxlığı tərəfindən idarə olunur.
İslamiyyətin ilk illərində Qüds, yəni "Məscid əl-Əqsa" həm də müsəlmanların qibləsi, yəni namazda üzlərini çevrilib ibadət etdikləri istiqamət idi. Yalnız Mədinəyə hicrətdən 16 ay sonra Allahdan gələn vəhylə müsəlmanların qibləsinin Məkkə (Kəbə) olduğu bəyan olunur. İslamiyyətin yayılması ilə Qüds tezliklə müsəlmanların hakimiyyəti altına düşür. 
Qüds 7-ci əsrdə İslam Xilafəti hakimiyyətinin altına düşsə də, Avropa xristinaları İsanın müqəddəs torpağı uğurunda savaşmaq üçün Şərqə yürüş edəndə əsas hədəflərinin Qüds olduğunu elan edirlər. 1099-cu ildə Qüdsü işğal edən Avropa səlibçi ordusu şəhəri, o cümlədən onun dini zənginliyi olan xristianlıq tarixində mühüm yeri olan "Məscid əl-Əqsa"nı da qarət edib yandırırlar. Səlibçilərin Qüdsdə 88 il davam edən hakimiyyəti dövründə "Məscid əl-Əqsa" kilsəyə çevrilir.
1187-ci ildə Səlahəddin Əyyubinin rəhbərlik etdiyi müsəlman ordusu Qüdsü azad edir. "əl-Əqsa" kilsə heykəllərindən təmizlənərək yenidən məscid kimi fəaliyyət göstərməyə başlayır. 1517-ci ildə Yaxın Şərqin Osmanlı İmperiyasının ərazilərinə qatılması ilə "Məscid əl-Əqsa"nın uzun bir sabitlik dönəmi başlayır. Osmanlılar İslamda böyük yeri olan "Məscid əl-Əqsa"ya xüsusi diqqət göstəriblər, daim təmir və bərpası, xidmət edilməsini təmin ediblər. Qüds 400 il Osmanlı İmperiyasının tərkibində qalır və bu illər şəhərin ən sakit və asudə dövrü hesab olunur. Ancaq Osmanlı İmperiyasının Birinci Dünya Savaşında məğlub olması nəticəsində 1917-ci il dekabrın 9-da Qüds ingilislər tərəfindən işğal olunur. Bununla da müsəlmanların Qüdsdəki 400 illik hakimiyyəti başa çatır. Bundan sonra Qüds və Fələstin əraziləri 30 il ərzində (1918-48-ci illər – müəllif) Böyük Britaniya mandatlığında idarə olunur. 
Birinci və İkinci dünya müharibələri arasındakı dövrdə buraya çoxlu sayda yəhudi köçürülür. 
1947-ci il noyabrın 27-də BMT Baş Məclisi Fələstin torpaqlarında ərəb və yəhudi dövlətinin yaradılması ilə bağlı 181 saylı qətnamə qəbul edir.
Qətnaməyə əsasən, Fələstin ərazisinin 56 faizi, yəni 14,1 min kvadrat km ərazidə yəhudi dövləti – İsrail, yerdə qalan 11,1 min kvadrat km, yəni 43 faizində isə Fələstin ərəb dövləti yaranmalı idi. 106 min ərəb və 100 min yəhudinin yaşadığı və Fələstin ərazisinin 1 faizini təşkil edən Qüds şəhəri isə beynəlxalq statuslu zona olmalı idi. Ancaq BMT-nin planı tam olaraq icra olunmur. 1948-ci ildə baş verən birinci müharibədə İsrail Qüdsün qərb hissəsini, 1967-ci ildəki 6 günlük savaşda isə o zaman İordaniya işğalı altında olan Şərqi Qüdsü ələ keçirir. 1980-ci ildə isə İsrail hakimiyyəti Yerusəlimi (Qüdsü) İsrailin "bölünməz paytaxtı" elan edir. Ancaq o zaman beynəlxalq ictimaiyyət bu qərarı tanımır və heç bir ölkə İsraildəki səfirliyini Qüdsə köçürmür. 2017-ci ilin dekabrında isə ABŞ prezidenti Donald Tramp ABŞ səfirliyinin Tel-Əvivdən Qüdsə köçürülməsi ilə bağlı qərar qəbul edir. Bu qərar müsəlman aləmində və Avropada etirazla qarşılansa da, Tramp geri çəkilmir. Və bununla da uzun illərdən, yəni təxminən 70-ci ildəki Roma işğalından sonra Qüds yenidən bir yəhudi dövlətinin paytaxtı olur. Ancaq müsəlman aləmi, fələstinlilər bu qərarla barışmır. Görünən odur ki, Qüds hələ uzun müddət mübahisə və münaqişə mövzusu olaraq qalacaq. Bəlkə də elə Müqəddəs Məbədi bərpa edəcək "xilaskarın" gəlişinə qədər. 
Rəşad Quliyev /oxu.az

Siyasi       Tarix: 09 sentyabr 2020
f Paylaş

Oxşar xəbərlər

27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi

27 Sentyabr – Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edildiyi gündür. Azərbaycan Prezidenti

İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian"

Prezident və xanımı Bakıda sərgidə

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 15-ci Beynəlxal

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunu

Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibi Raffaella Culiani ilə görüş keçirib. xəbər verir ki, Raffaella Culiani görüşdə Azərbaycan nümayənd

Kasparov ABŞ-da öldürülməsi planından danışdı: "Bu, mənim üçün şok oldu"

Harri Kasparov Rusiyanın hakimiyyət orqanlarının ABŞ-da onun öldürülməsinə hazırlıq görməsi barədə xəbəri "şok" kimi qiymətləndirib. xəbər verir ki, siyasətçinin sözlərinə görə, onun və "Azad Rusiya Forumu"nu

AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir

"Azərbaycanın təşəbbüsü ilə AQEM çərçivəsində ilk Media Forumun Bakıda təşkili və onun AQEM Zirvə Görüşü ərəfəsində keçirilməsi təşkilatın beynəlxalq müstəvidə oynadığı mühüm roluna və sədrliyimiz çərçivəsində üzv dövlətlərl

AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır

"Asiya qitəsinin 90 faizini əhatə edən və 28 üzv dövləti bir araya gətirən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən, dayanıqlı inkişafı təşvi

Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova

Azərbaycan və Slovakiya arasında münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm rolu var. xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Slovakiyanın Milli Günü münasibətilə keçirilən rəsm


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən son görüntülər son.xabar xəbər hava proqnozu