27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi

27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi27 Sentyabr – Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edildiyi gündür.
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə təsis edilən Anım Günü Vətən uğrunda şəhid olmuş qəhrəman övladlarımızın xatirəsinə ehtiramın ifadəsidir.
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusunun başlatdığı əks-hücum əməliyyatları 44 günlük Vətən müharibəsinin başlanmasına səbəb oldu. Həmin gündən etibarən Azərbaycan əsgər və zabitləri doğma torpaqlarımızın azadlığı uğrunda böyük qəhrəmanlıq və fədakarlıq nümayiş etdirdilər.
Vətən müharibəsi Azərbaycan xalqının tarixində şanlı səhifələrdən birinə çevrildi. Xalqımız dövlətimizin başçısının ətrafında sıx birləşərək həmrəylik nümayiş etdirdi. Azərbaycan Ordusu döyüş meydanında misilsiz şücaət göstərərək uzun illər işğal altında qalan şəhər, rayon və kəndlərimizi azad etdi. 44 gün davam edən hərbi əməliyyatlar Azərbaycanın tarixi Zəfəri ilə başa çatdı.
Bu Qələbə, hər şeydən əvvəl, şəhidlərimizin canı və qanı bahasına əldə edildi. Onlar Vətən qarşısında ən müqəddəs borclarını yerinə yetirərək həyatlarını Azərbaycan torpaqlarının azadlığına həsr etdilər. Şəhidlərimizin qəhrəmanlığı və fədakarlığı xalqımızın yaddaşında əbədi yaşayacaq, onların müqəddəs xatirəsi gələcək nəsillərə örnək olacaq.
Bu gün şəhid ailələri dövlətin daim diqqət və qayğısı ilə əhatə olunur. Onlara göstərilən yüksək dövlət qayğısı şəhidlərimizin Vətən qarşısındakı xidmətlərinə verilən dəyərin göstəricisidir. Qazilərin və müharibə iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər də dövlət siyasətinin mühüm istiqamətlərindən biridir.
Hazırda Qarabağda və Şərqi Zəngəzurda üçrəngli Azərbaycan Bayrağının dalğalanması, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinin aparılması, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı şəhidlərimizin qanı ilə yazılmış Zəfər tarixinin davamıdır.
27 Sentyabr – Anım Günü bizə Vətən uğrunda canından keçən qəhrəmanlarımızı ehtiramla yad etməklə yanaşı, onların bizə əmanət qoyduğu müqəddəs torpaqların və Zəfərimizin dəyərini bir daha xatırladır.
Şəhidlərimizin əziz xatirəsi daim uca tutulacaq!
Nəriman Nağdəliyev, Göygöl RMX PHŞ Terapiya şöbəsinin müdiri / azxeber.com

Siyasi       Tarix: 29 sentyabr 2026
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezidentlə ailəsinin Formula 1-dən - Fotoları

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakı şəhər halqasında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışını izləyiblər. Prezident və ailəsinin yarışdan fotolarını təqdi

Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 27-də Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar. xəbər verir ki, dövlətimizin başçısı Zəfər abidəsinin önünə əkli

Vətən müharibəsindən suverenliyə: Qarabağda tarixi dönüşün əsas mərhələlər

"27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarından sonra başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın təxminən 30 il işğal altında qalmış ərazilərinin böyük hissəsinin aza

Meloni İlham Əliyevə təşəkkür etdi

İtaliyanın "Eni" şirkətindən sonra Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) də törəmə şirkəti "Italiana Petroli" (IP) şəbəkəsində benzin və dizel yanacağının qiymət həddini təyin etmək qərarın

Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır

Ermənistanda anklav kəndlərlə bağlı ciddi müzakirələr gedir. KONKRET.azxəbər verir ki, bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı deyib. Professo

Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti

FIA prezidenti Məhəmməd bin Sulayem Bakı Şəhər Halqasının (BŞH) unikal atmosferindən və fərqli xüsusiyyətlərindən danışıb. Bakı Şəhər Halqasından bildirilib ki, o, Bakıya səfərindən çox məmnun olduğunu söyləyib. "Bak

Azərbaycan 3 ölkə ilə viza rejiminin sadələşdirilməsinə dair sazişlər imzalayıb - FOTOLAR

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Sent-Kits və Nevis, Antiqua və Barbuda, həmçinin Benin xarici işlər nazirləri ilə görüşüb. xəbər verir ki, görüşlər zaman

Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR

27 Sentyabr – Anım Günü ilə əlaqədar Baş nazir Əli Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Milli Məclisin sədri Sahibə Qafarova, digər dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar. Dövlə

Ərdoğan İlham Əliyevə zəng etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Əroğan 27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Telefon danışığı zamanı Ərdoğa


yeni xeberler azerbaycan xeberleri son xeberler bugun xeberler sonxəbərlər cəbhədən video son.xeberler