Sülhməramlılar etiraz aksiyasının keçirildiyi ərazidə quraşdırdıqları çadırları sökürlər - FOTOLAR
Şuşadan Laçın-Xankəndi yolunun Xankəndiyə aid hissəsində Rusiya sülhməramlılarının postunda hərəkətlilik var.
"Report"un ərzidə olan əməkdaşı xəbər verir ki, Rusiya sülhməramlıları sözügedən ərazidə qurduqları çadırları sökürlər.
Hazırda əraziyə yük maşınları da gətirilib. Sökülən çadırlar avtomobillərə yığılır.
Ərazidə quraşdırılmış konteynerlərin başqa yerə daşınacağı gözlənilir.
Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 13 gündür davam edir.
Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.
2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.



/ azxeber.com
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Hikmət Hacıyev: Bu təcrübəmizi beynəlxalq ictimaiyyətə təqdim edəcəyik
Azərbaycan və İran XİN başçıları telefonla danışdı
Bakıda İLGİNC CİNAYƏT: Gənc qız atasını talayıb gözəllik salonu açdı
Aeroport şosesində qəza olub, yolda sıxlıq yaranıb
Azərbaycanın Ermənistan da daxil olmaqla bütün qonşuları
Arakçı Pezeşkiana xəyanət edir? - İranda böhran
Arakçı Fidanla da danışdı: Son vəziyyət
Lənkəranda WUF13 Festivalına start verilib
Azərbaycanda toyda qan töküldü: 21 yaşlı gənc və qardaşı bıçaqlandı
Ucar Təhsil Sektoruna yeni rəhbər təyin olundu
Səfir: Yaxın zamanlarda Slovakiya Prezidentinin Azərbaycana səfəri planlaşdırılır
Dünya bazarlarında neftin qiyməti açıqlanıb
Zelenski Ermənistana səfər edəcək
Okampo kimilər üçün dəyər anlayışı yoxdur' - Azər Həsrət