Sumo döyüşçüsü Akebono Taro vəfat etdi
Peşəkar sumoçu Akebono Taro (əsl adı Çad Rouen) vəfat edib. O, Yaponiyada ən yüksək rütbəyə – yokozuna dərəcəsinə layiq görülmüş ilk əcnəbi idi. Bu barədə "Nikkan Sports" məlumat yayıb.
KONKRET.az xarici mediaya istinadla xəbər verir ki, Akebono Taronun ölümün səbəbi ürək çatışmazlığı olub. Son illərdə Akebono müxtəlif xəstəliklərdən əziyyət çəkirdi və müntəzəm müalicə alırdı.
Akebono Taro 1969-cu ildə Havayda dünyaya gəlib. O, 1992-ci ildə Yaponiya İmperator Kuboku uğrunda sumo turnirinin qalibi olub və bir ildən sonra yokozuna rütbəsinə layiq görülüb. Akebononun boyu 204 santimetr, maksimal döyüş çəkisi 230 kiloqram idi. 1996-cı ildə Yaponiya vətəndaşlığını qəbul etmişdi.
Peşəkar sumoçu 11 turnirdə qalib gəlib. 1998-ci ildə Naqanoda keçirilmiş Qış Olimpiya Oyunlarının açılış mərasimində iştirak edib. O, diz oynaqlarının tez-tez zədələnməsi səbəbindən 2001-ci ildə idman karyerasını yekunlaşdırıb.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Yekun bəyanat qəbul edildi
Almaniya XİN başçısından Azərbaycanla bağlı açıqlama
Ermənistan Azərbaycan və Türkiyə sisteminə QOŞULUR - Paşinyan yeni planını AÇIQLADI
Şəkidə 4 yaşlı qıza it hücum edib - Xəsarət yetirdi
Trampın İran planı üzə çıxdı - TƏCİLİ
"Aquşa" ilə bağlı xoşagəlməz fakt - XƏBƏRDARLIQ
Şəmkirdə vəzifəli şəxs öldü
Məktəbdə həyəcanlı anlar: Uşaqlar helikopterlə xəstəxanaya çatdırıldı
İranda növbəti dəfə zəlzələ olub, Naxçıvanda da hiss edilib
Azərbaycanda vəzifəli şəxs qəfil vəfat etdi
İcarəyə götürdüyü avtomobillə yol kənarındakı piyadanı vurdu
38 yaşlı aktyor faciəli şəkildə həyatını itirdi
Azərbaycan-Vyetnam strateji tərəfdaşlığı: əməkdaşlığın prioritetləri müəyyənləşdirilib
Paşinyan: TRIPP layihəsinin icrasına bu tarixdə başlanılacaq