Sumo güləşi III Avropa Oyunlarının proqramına salınıb
Sumo güləşi bu il Polşada keçiriləcək III Avropa Oyunlarının proqramına salınıb.
KONKRET.azxəbər verir ki, bu barədə "Report"a müsahibəsində Avropa Sumo Federasiyasının vitse-prezidenti, Azərbaycan Sumo Federasiyanın prezidenti Samir Abdullayev məlumat verib.
Onun sözlərinə görə, bu məsələ demək olar ki, dəqiqləşib: "Hazırda sumonun əsas proqramda olmasının üzərində işləyirik. Hələlik müsabiqədənkənar nəzərdə tutulub. Biz isə istəyirik ki, digər idman növləri kimi, sumoda da qələbə qazanan idmançılara Avropa Oyunlarının medalları və diplomları verilsin. Bunun əsas proqrama daxil edilməsini istəyirik. Düzdür, çox çətin işdir".
Abdullayev bildirib ki, Beynəlxalq Sumo Federasiyasının əvvəlki prezidenti Hidetoşi Tanaka bu idman növünün Olimpiya Oyunlarının proqramında olmasını istəmirdi: "Ötən ilin noyabrında seçkilər keçirildi və rəhbərlikdə dəyişikliklər oldu. Yeni prezidentin əsas məqsədi sumonun olimpiadada yer almasıdır. Hazırda bunun üzərində iş gedir. Əvvəllər maraq yox idi, indi isə var. Yayda çimərlik sumosunu da inkişaf etdirəcəklər. Yaponlar da buna maraq göstərir".

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi