Sumqayıtda kişi qısqanclıq zəminində qonşularını yandırdı
Sumqayıtda 41 yaşlı kişi qısqanclıq zəminində qonşularını yandırıb.
KONKRET.az xəbər verir ki, hadisə şəhərin Xəzri yaşayış massivində səhər saatlarında qeydə alınıb.
Belə ki, 1981-ci il təvəllüdlü Anar Məmmədov qonşusunun evinin pəncərəsindən benzin ataraq yaşayış sahəsinə od vurub. Bu zaman özü də yanıb. Hadisə zamanı evdə olan 58 yaşlı Oruc Qocayev, onun gəlini 28 yaşlı Günay Qocayeva və nəvəsi Həsən Qocayev müxtəlif yanıq xəsarətləri alıblar.
Onlar Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.
Anar Məmmədovun bədənin bütün hissəsi yandığından vəziyyəti ağırlaşıb. O, təcili tibbi yardım avtomobili ilə Bakı Yanıq Mərkəzinə göndərilib.
Həyat yoldaşından 2016-cı ildən boşanan Anar Məmmədovun hadisəni qısqanclıq zəminində törətdiyi bildirilir.
Keçmiş həyat yoldaşı Aynurə Məmmədova bildirib ki, Anar Məmmədov onu qonşusuna qısqanırmış.
Aynurə Məmmədova boşanmalarına baxmayaraq, eyni evdə qaldıqlarını, lakin hadisə baş verən zaman anasıgildə olduğunu deyib.
Faktla bağlı araşdırma aparılır./APA
Turlar.az [newsid: 0-123300]

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır