Sumqayıtda şok olay: Gənc oğlan sevgilisinə işgəncə verdi - TƏFƏRRÜAT

Sumqayıtda şok olay: Gənc oğlan sevgilisinə işgəncə verdi - TƏFƏRRÜATSumqayıt şəhərində 1994-cü il təvəllüdlü Qədir sevgilisi İradəyə (adlar şərti verilib – red.) xəsarət yetirib.
KONKRET.az Teleqraf.com-a istinadən xəbər verir ki, cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Qədir bildirib ki, İradə onun qeyri-rəsmi yaşadığı qadındır:
"Biz təxminən 1 ildir tanış olmuşuq, elə həmin müddətdən birlikdə qeyri-rəsmi ər-arvad kimi yaşamışıq. Aramızda tez-tez münaqişələr yaranıb. İradə məndən dəfələrlə polisə şikayət edib. Lakin sonra məni bağışlayıb".
Təqsirləndirilən şəxs qeyd edib ki, İradə ilə aralarında münaqişə qısqanclıqdan yaranıb:
"Münaqişə zamanı İradənin hərəkətlərindən əsəbiləşdiyim üçün əl zərbələri ilə onun bədəninin müxtəlif nahiyələrinə vuraraq ona xəsarətlər yetirdim. Lakin İradə barəmdə polisə şikayət etmədi".
Qədirin ifadəsinə görə, növbəti gün yenidən aralarında qısqanclıq üstündə mübahisə olub. İradə ona işləməməyini irad tutub:
"Bu zaman münaqişəmiz dərinləşdi. Əsəbiləşərək İradənin ayağından vuraraq yerə yıxdım, bədən nahiyələrinə bir neçə zərbə vurdum. İradə məndən şikayət edəcəyini bildirdi. Mən isə evdən getdim".
Təqsirləndirilən şəxs ifadəsinin sonunda törətdiyi əməldən peşman olduğunu, İradə ilə barışığa cəhd etdiyini və 2-ci Qarabağ müharibəsi iştirakçısı olduğunu bildirib. O, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş edib.
Cinayət işi üzrə zərərçəkmiş İradənin sözlərinə görə, Qədirlə söhbət zaman məişət problemlərinə görə aralarında münaqişə yaranıb:
"Qədirə irad bildirmişəm ki, bütün günü evdə oturur, özünə iş tapsın. Sözlərim Qədirin xoşuna gəlmədi, bunu münaqişəyə çevirdi, bədənimin müxtəlif nahiyələrinə vurdu. Lakin həmin vaxt Qədirdən şikayətçi olmadım".
İradə qeyd edib ki, növbəti dəfə yaşadıqları ünvanda yenə söhbətləri düz gəlməyib:
"Buna görə aramızda münaqişə yarandı. Qədir yenə məni döydü. Artıq Qədirin bu kimi hərəkətlərindən bezdiyim üçün ondan şikayət etmək qərarına gəldim".
Dəfələrlə Qədir tərəfindən şiddətə məruz qaldığını deyən İradə onun barəsində polisə şikayət edib.
O, ifadəsində Qədirlə barışmadığını, ondan şikayətçi olduğunu söyləyib.
Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə Qədir 9 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt Şəhər Probasiya şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı yaşadığı evi tərk etməmək, Sumqayıt şəhəri və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulub.

Hadisə       Tarix: 22 noyabr 2022
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda 64 yaşlı iş adamının meyiti tapıldı

Lənkəranda çöllük ərazidə 64 yaşlı iş adamının meyiti tapılıb. KONKRET.azAPA-ya istinadən bildirir ki, Lənkəran rayon sakini 1962-ci il təvəllüdlü Ramiz Bəxtiyar oğlu Əliyevin meyiti Ürgə kəndi ərazisində qamışlıqda aşkarlanıb

Gəncədə 88 yaşlı qadın qətlə yetirildi: Bacısı oğlu saxlanıldı

Gəncə şəhərində 88 yaşlı qadın qətlə yetirilib. xəbər verir ki, oktyabrın 28-də Gəncə şəhəri, H.Z.Tağıyev küçəsində yaşayan 1938-ci il təvəllüdlü Gülsüm Əliyevanın yaşadığı ünvanda qocalığa görə ölməsi ilə bağlı yaxınların

Şəhid anası faciəvi şəkildə öldü

Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Gencexeber"ə istinadən xəbər verir ki, rayonun Todan kəndi ərazisində Mehman Kazımovun idarə etdiyi "Lada Niva" markalı avtomobil 100-150 met

Daha bir tiktoker həbs edildi

"TikTok"da canlı yayım açaraq nalayiq ifadələr işlədən daha bir şəxs məsuliyyətə cəlb olunub. KONKRET.azxəbər verir ki, bu, "Raufizm" ləqəbi ilə tanınan Rauf Ağaquliyevdir. Əxlaq normalarına zidd hərəkə

39 yaşlı kişi evində ölü tapıldı

Qazaxda 39 yaşlı şəxsin meyiti tapılıb. teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Kosalar kəndinə qeydə alınıb. 1987-ci il təvəllüdlü Saleh Orucovun meyiti yaşadığı evin bağ sahəsində aşkar edilib. Faktla bağl

Beyləqanda usta faciəvi şəkildə öldü

Beyləqanda 27 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürülüb. xəbər verir ki, Mil qəsəbəsinin ərazisində yerləşən yarımtikilidə usta işləyən Birinci Şahsevən kənd sakini 199-cu il təvəllüdlü Rəhman Mənsur oğlu Hacızadən

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Bakıda qonşusunu qətlə yetirməkdə ittiham olunan Ceyhun Babayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. -a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən hazırlı

Göygöldə ağır qəza: Türkiyə vətəndaşı xəsarət aldı

Göygöldə avtomobillər toqquşub. KONKRET. -a istinadla xəbər verir ki, hadisə nəticəsində 1995-ci il təvəllüdlü M.Qarayev və Türkiyə vətəndaşı 1991-ci il təvəllüdlü M.Solqun müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onla

"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü

Qazaxda "KamAz"ı dəmir maneələrə çırpan sürücü ölüb. KONKRET.azxəbər verir ki, hadisə rayonun Yuxarı Daşsalahlı kəndində qeydə alınıb. Belə ki, 1961-ci il təvəllüdlü İsmayıl Məmmədov "KamAz" markalı avtomobil


son xeberler yeni xeberler azerbaycan xeberleri bu gunun xeberleri azerbaycan son xeber bugun krimnal xeber xeber.az son xeberler