"Sumqayıt"ın hücumçusu özünü Ronaldu ilə müqayisə etdi: "Ola bilər ki..."
"Oyuna yaxşı hazırlaşmış, müsbət və mənfi cəhətlərimiz üzərində çalışmışdıq. İlk yarıdakı imkanlarımızdan yararlana bilsəydik, yəqin ki, 3 xal bizim idi. Amma olmadı. İkinci hissədə yaxşı oynamağa, qollar vurmağa çalışırdıq. İkinci hissədə rəqibin cəmi bir hücumu oldu, o da qolla nəticələndi. İki dəfə hesabda geri düşsək də, sonda bərabərliyə nail olduq".
Publika.az xəbər verir ki, bunu "Sumqayıt"ın futbolçusu Peyman Babayi səfərdə "Zirə" ilə 2:2 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının X tur matçından sonra jurnalistlərə açıqlamasında deyib.
25 yaşlı hücumçu bildirib ki, komandası 3 xal qazana bilərdi. O, növbəti turda "Sabah"a qarşı ən yaxşı oyunlarından birini keçirməyə çalışacaqlarını vurğulayıb.
Babayi əlinə düşən imkanlardan yararlana bilməməsini normal qarşıladığını bildirib: "Dünyanın ən yaxşı futbolçuları da qol şanslarını qaçırır. Mən də, komanda yoldaşlarım da daha çox qol vurmaq üçün çalışdıq. 3 xala ehtiyacımız var idi. Gələn oyunlarda imkanlarımdan yararlanmağa çalışacağam".
Cənubi azərbaycanlı forvard "Zirə"yə qayıdan hücumçu Riçard Qadzenin yeganə şansından yararlanmasına da toxunub: "Belə hal mümkündür. Amma o da ola bilər ki, Kriştianu Ronaldunun əlinə 3 qol şansı düşsün, 1-ni vursun. Futbolda hər şey mümkündür. Öncədən nə isə demək olmaz". /publika.az

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır