Süni intellektlə çalışan kompressor – Samsung-dan "canlı" soyuducu

Süni intellektlə çalışan kompressor – Samsung-dan Samsung Electronics şirkəti yeni nəsil "AI Inverter Compressor" çeviricili kompressora malik yeni Bespoke soyuducularını təqdim etdi. Bu soyuducular "AI Energy Mode"-da işləyir. Bu modeldə kompressor, yəni, avtomobil ilə müqayisə etsək, mühərrik, süni intellekt əsasında çalışır ki, bu da ağıllı nəzarəti vasitəsilə yüksək enerji səmərəliliyi və səsin azalmasına nail olmağa imkan verir.
Adi sabit sürətli kompressorlardan fərqli olaraq, AI çeviricili kompressor ətraf mühitin hərarətinə, soyuducunun iş rejiminə və qapının açılıb bağlanması nəticəsində yaranan hərarət dəyişikliklərinə uyğunlaşaraq mühərrikin sürətini avtomatik tənzimləyir. O, soyuducuda ən kiçik hərarət dəyişikliklərinə reaksiya verir, eyni zamanda optimal soyuq hava yaradır və enerji istehlakını azaldır. Başqa sözlə, soyuducudan hər nə cür istifadə etsəniz, o, yenə də sizə uyğunlaşacaq, qənaətcil və sakit işləyəcək.
Bu kompressorun səmərəlilik üzrə faydalı iş əmsalı (FİƏ) 95%-dən çoxdur və bu da məişət texnikası sənayesində nailiyyət hesab olunur. Əvvəlki modellərlə müqayisə etsək, onun enerji səmərəliliyi adətən soyuducuların işlədiyi 950-1450 dövr/dəq olan aşağı sürətli diapazonda da 10%-dən çox artıb.
Süni intellektə malik olan çeviricili kompressor soyuducunun enerji səmərəliliyinin əsas komponenti olsa da, SmartThings proqramı ona enerji sərfiyyatını əlavə 10% də azaltmağa kömək edir. 
Samsung Electronics-in Rəqəmsal Məişət Avadanlığı Bölməsinin (DA) Kompressor Tədqiqatları və İnkişafı Laboratoriyasının rəhbəri De Il Kvon belə deyir: "Yeni AI çeviricili kompressor adi model ilə müqayisədə mühərrikin ətalətini dörd dəfədən çox artırır".
Həmçinin, yeniliklər sayəsində AI Inverter Compressor-un səs səviyyəsi adi şəraitdə 35 dB/A5-dən azdır ki, bu da gecə evdə və ya sakit oxu zalında səs-küy səviyyəsinə bərabərdir. 
"Biz AI çeviricili kompressorları və əlaqəli texnologiyaları inkişaf etdirməyə davam edəcəyik ki, istehlakçılar Samsung soyuducularına etibar edə və uzun müddət istifadə edə bilsinlər, eyni zamanda enerji istehlakı daha da azalsın" – Samsung Electronics-də DA Business Kompressor və Mühərrik Qrupunun Rəhbəri Junpyo Li belə deyir.
Qeyd edək ki, bu, 1997-ci ildən bəri Samsung soyuducularının səkkizinci nəslidir. Şirkət daxili mühərrik, yırğalanma yastığı, porşen, valf və digər komponentlərin istehsalı prosesini daim təhlil edir, inkişaf etdirir və təkmilləşdirir.
Samsung öz məhsullarına o qədər güvənir ki, daxili mühərrikin təmiri və dəyişdirilməsinə 20 illik zəmanət verir.   / azxeber.com

İqtisadiyyat       Tarix: 12 avqust 2024
f Paylaş

Oxşar xəbərlər

Xəyal etdi, inandı, qazandı — "Sürətlə Yeni Mövsümə" lotereyasının 'Changan Q07' qalibi danışdı

və platformalarında keçirilən "Sürətlə Yeni Mövsümə" stimullaşdırıcı lotereyası bir-birindən dəyərli hədiyyələri ilə qazandırmağa davam edir. Kampaniyanın 4-cü tirajının qalibləri müəyyənləşib və ilk avtomobili

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub

Daşkənddə keçirilən Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasının iclasında Fondun fəaliyyətinin genişləndirilməsi və üzv ölkələr arasında investisiya əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə edilib. Bu barədə -

Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı

Sumqayıt şəhəri ərazisində yerləşən şirkətlərin birindən 1750 manat dəyərində naqil və digər metal qurğular oğurlanıb. xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə əməli törədən əvvəllər məhkum olunmuş F.Nəbiyev müəyyə

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar

Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı

Gündəlik xərclərdən daha böyük planlara qədər müxtəlif maliyyə ehtiyacları üçün AccessBank müştərilərinə 50 00 AZN-dək nağd kredit imkanı təqdim edir. Nağd kredit üzrə illik faiz dərəcəsi 9,5%-dən başlayır. Kredit müddət

Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır

Birbank tətbiqində pul köçürmələrinin təsdiqlənməsi prosesi yenilənib. Belə ki, Birbanklılar köçürmələrini SİMA İmza ilə təsdiqləyərək daha rahat və sürətli şəkildə həyata keçirə bilərlər. Beləliklə, SMS kodunu gözləməy

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti  "AzerGold Uzbekistan" Xarici İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Özbəkistan Respublikasında dövlət qeydiyyatına alınıb. İki ölkə arasınd

Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti

Ölkənin ilk rəqəmsal bankı Birbank 26 oktyabr – 1 noyabr tarixlərində müştərilərinə daha sərfəli alış-veriş imkanı yaradan "7 gözəl gün" kampaniyasını təqdim edir. Kampaniya çərçivəsində müştərilər ödənişlərində

Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti

Yeni avadanlıq almaq, anbarı doldurmaq, ikinci filial açmaq və ya sadəcə dövriyyəni gücləndirmək istəyirsiniz? Yelo Bank bu planların hamısı üçün sahibkarlara əlverişli mikrokredit təklif edir. xəbər verir ki, sahibkarla


yeni xeberler son xeberler azerbaycan xeberleri son xəbərlər bugün 2026 cəbhədən son vəziyyət şou biznes xəbərləri cəbhədən video