Sus kəndində ilk körpə dünyaya gəlib
Laçın rayonunun işğaldan azad edildikdən sonra yenidən salınmış Sus kəndində ilk körpə dünyaya gəlib.
"Report"un məlumatına görə, körpənin valideynləri – Anar və Lamiyə Yolçulular bu ilin may ayında doğma yurda qayıdıb və burada onlara verilən fərdi evdə daimi məskunlaşıblar.
Hər iki valideyn - Anar və Lamiyə məcburi köçkün ailənin övladlarıdır.
"Biz məcburi köçkünlüyün çətinliklərini görmüş ailələrdənik. Ancaq həmişə dövlətimizin, möhtərəm Prezident cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə əhatə olunmuşuq. Torpaqlarımızın işğaldan azad edilməsi ilə bizim də həyatımızda yeni bir dövr başlandı. Dövlətimizin başçısının tapşırığı ilə yeni salınan Sus kəndində gənc ailə kimi bizə də ev verildi. Dərin minnətdarlıq hissi, böyük arzularla qayıtmışıq doğma yurda… Əminik ki, özümüz də, oğlumuz da Susda daim xoş günlər yaşayacağıq", – deyən Anar Yolçulu qardaşı ilə birlikdə torpaqların işğaldan azad edilməsi uğrunda döyüşlərdə, 44 günlük Vətən müharibəsində iştirak edib.
Onun atası Nüsrət isə birinci Qarabağ müharibəsinin veteranıdır.





Kurslar.az kurslar [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir