Şuşa Bəyannaməsi qanuni qüvvədə - Rusiyanın sükutunun sirri nədir?

Şuşa Bəyannaməsi qanuni qüvvədə - Rusiyanın sükutunun sirri nədir?Milli Məclis bu tarixi sənədi ratifikasiya etdi, Türkiyə də təsdiqlədi, Kreml susdu; Murad Sadəddinov: "Moskva diplomatik kanallarla öncədən məlumatlandırılmışdı"
Şuşa Bəyannaməsi Milli Məclisdə ratifikasiya edildikdən sonra Rusiya bu hadisəni sükutla qarşıladı. İki qardaş ölkə – Azərbaycanla Türkiyə arasında ötən ilin 15 iyununda imzalanmış sənədin parlamentdə təsdiqlənməsi ilə yanaşı Moskvanın buna reaksiyası gözlənilirdi.
"Yeni Müsavat" yazır ki, hətta bəyannamənin Rusiyanın ürəyincə olmadığı haqda fikirlər səslənirdi. Əslində bu tarixi sənəd bölgədə yerləşən rus sülhməramlı qüvvələrinin də əl-ayağını yığışdırmağa rəvac verir. Çünki sənəddə göstərilir ki, tərəflərin ərazilərinə təhdid varsa, digərinin də suveren torpağına müdaxilə kimi qiymətləndiriləcək. O zaman Azərbaycan torpaqlarına xarici müdaxilə olacağı təqdirdə, Türkiyə ordusu bəyannaməyə istinad edərək prosesə qarışa bilər, çünki öz ərazisinə hücum kimi dəyərləndiriləcək.
Şuşa Bəyannaməsi həmçinin Türkiyənin Qarabağda, Cənubi Qafqazda olması reallığıdır. Lakin Kreml çox təmkinli davranış sərgilədi və Xarici İşlər Nazirliyi səviyyəsində bu məsələyə hər hansı münasibət bildirmədi. Bəzi analitiklərin fikrincə, bu ittifaq Rusiya ilə öncədən razılaşdırılıb. Ona görə Kreml hələlik sakitdir.
Eyni zamanda Türkiyədə də Şuşa Bəyannaməsinin təsdiqi ilə bağlı qanun rəsmən qüvvəyə minib. "2021-ci il iyunun 15-də Şuşa şəhərində imzalanmış Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasında müttəfiqlik əlaqələri haqqında Şuşa Bəyannaməsi təsdiq edilib. Bu qanun dərc edildiyi gündən qüvvəyə minir. Bu qanunun müddəalarını Prezident təsbit edir", – rəsmi qəzetdə qeyd olunur. Şuşa Bəyannaməsinə əsasən tərəflər Türkiyənin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Türkiyə – Rusiya Birgə Mərkəzinin fəaliyyətinə verdiyi töhfənin regiondakı sülhün, sabitliyin və rifahın təmin edilməsində mühüm rol oynadığını vurğulayır.
Şuşa Bəyannaməsi qanuni qüvvədə - Rusiyanın sükutunun sirri nədir? Fazil Mustafa
Deputat Fazil Mustafa təklif edib ki, Şuşa Bəyannaməsinin imzalandığı 15 iyun günü bu müttəfiqliyin şərəfinə həm Azərbaycanda, həm də Türkiyədə rəsmi bayram kimi keçirilsin.
Bəs, maraqlıdır, sənədin təsdiqi niyə Rusiyanı narahat etmədi, yaxud Moskva səsini çıxarmadı?
Şuşa Bəyannaməsi qanuni qüvvədə - Rusiyanın sükutunun sirri nədir? Murad Sadəddinov
Politoloq Murad Sadəddinovun bildirdiyinə görə, bu faktın özü birmənalı olaraq göstərir ki, Rusiya diplomatik kanallarla öncədən məlumatlandırılmışdı. Ekspert hesab edir ki, Türkiyə ilə Azərbaycan arasında hərbi əməkdaşlıq məsələləri hələ 2010-cu ildə hərbi yardım, strateji əməkdaşlıq sazişi ilə mövcud idi: "Bundan əlavə, 44 günlük müharibə zamanı Putin demişdi ki, Türkiyə və Azərbaycan arasında hərbi əməkdaşlıq ölkələrin öz müstəqil siyasətləridir. Ona görə sözügedən sənədin təsdiqlənməsi və qanunun qüvvəyə minməsi artıq Rusiya tərəfinə əvvəldən bəlli, həmçinin gözlənilən idi".
M.Sadəddinovun fikrincə, iki ölkə bu sazişin üçüncü dövlətin əleyhinə yönəlmədiyini bəyan edib: "Şuşa deklorasiyası Türkiyə və Azərbaycanın öz təhlükəsizliyinin təminatını nəzərdə tutur. Bu gün Türkiyə və Azərbaycan prezidentlərinin Rusiya lideri ilə də münasibəti yüksək səviyyədədir, o baxımdan Moskvanın bəyannamənin rəsmiləşməsini sakit qarşılaması normaldır".
KONKRET.az

Siyasi       Tarix: 15 fevral 2022
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Kamran Əliyev: "Vətəndaşların pozulmuş hüquqları bərpa edilir

"Əməkdaşlarımız və digər istintaq orqanları tərəfindən dövlətə vurulmuş ziyanın bərpa edilməsi istiqamətində kifayət qədər iş görülüb". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbayca

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə

Gürcüstan Patriarxlığının Azərbaycanın ərazisində yerləşən Kürmük məbədi ilə bağlı verdiyi son açıqlama Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq, tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir

Prezident Canni İnfantinonu qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da FIFA-nın prezidenti Canni İnfantinonu qəbul edib. xəbər verir ki, Prezident İlham Əliyev dünyada, o cümlədən Azərbaycanda futbolun dövlət səviyyəsində inkişaf

Vuçiç istefa verdi 

Serbiya Prezidenti Aleksandar Vuçiç ikinci prezidentlik müddətini başa vurmadan istefa verdiyini açıqlayıb. xəbər verir ki, Vuçiç növbədənkənar parlament seçkilərində hakim Serb Tərəqqi Partiyasının namizədi kimi baş nazi

Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye nazirini qəbul edib

Azərbaycanın Baş naziri Əli Əsədov sentyabrın 26-da Suriya Ərəb Respublikasının iqtisadiyyat və sənaye naziri Məhəmməd Əl Şaar ilə görüşüb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat verilib. Bildirilib ki, görüşd

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. xəbər verir ki, Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbri

Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib. paylaşımı təqdim edir:

Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı

"İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri və Böyük Qayıdış Proqramının icrası uğurla davam etdirilir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğ

Kamran Əliyev: "Bu şəxslərə layiqli cəzalar verilib

Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib. xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorlu


azerbaycan xeberleri yeni xeberler son xeberler valyuta məzənnələri en yeni xeberler son xeberler bugun 2026 azerbaycan xeber.az