Şuşa-Xankəndi yolunda etiraz aksiyasının iştirakçıları çadırlarda gecələmək qərarına gəlib
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyasının iştirakçıları bu axşam orada gecələməyə qərar veriblər.
KONKRET.az xəbər verir ki, etiraz aksiyası keçirən azərbaycanlı aktivist və QHT nümayəndələrinin rahat şəkildə gecələmələri üçün çadırlar quraşdırılıb.
Eləcə də çadırlar və ərazi işıqlandırılıb. Bununla yanaşı çadırlar istiliklə təmin edilib.
Eyni zamanda ərazidə Azərbaycanın Dövlət bayrağı da ucaldılıb.
Aksiya iştirakçıları Qarabağ iqtisadi rayonunun bəzi ərazilərdində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkovun əraziyə gəlməyəcəyi təqdirdə etirazlarını davam etdirəcəklərini bildiriblər.
Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə etiraz aksiyası davam edir.
Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.//Report
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır