Şuşada 10 yeni bina tikilir - FOTOLAR
Şuşa şəhərində 10 yeni bina inşa olunur.
azxeber.com "Qafqazinfo"ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktorunun müavini Vüqar Məhərrəmov bildirib.
Onun sözlərinə görə, yeni binalar Şuşada Qarabağ küçəsində sovet dövründə inşa edilmiş köhnə binalar sökülərək inşa olunur: "Onların yerində çox gözəl memarlıq üslubunda binalar tikilir. Bu binalar dövlət-özəl tərəfdaşlığı çərçivəsində inşa olunur. 10 ədəd binadır, onlardan ikisinin sifarişçisi Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, digər 8-i isə investorlardır. Binalar hotel tipli, apart hotel tipli, ofis binaları, qeyri-yaşayış məkanları və restoran-kafe kimi fəaliyyət göstərəcək".
V. Məhərrəmov qeyd edib ki, binaların tikintisində Şuşa daşlarından istifadə olunub. Binalar Şuşanın tarixi-mədəni abidələrinə uyğunlaşdırılıb.






Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Prezident Esvatini Kralını təbrik etdi
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Sabah" Prezidentin ayırdığı pulu belə xərcləyəcək
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
Premyer Liqada turun yekunu: iki gərgin qarşılaşma
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi