Şuşada tar fabrikində mina partlayıb, "Azərenerji" əməkdaşı xəsarət alıb - YENİLƏNDİ
Şuşa rayonu ərazisində şəxsin mina partlayışı nəticəsində xəsarət alması faktı üzrə araşdırma aparılır.
Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, dekabrın 7-si saat 10 radələrində Şuşa rayonu ərazisində yerləşən "Tar" fabrikində "Azərenerji" ASC-nin əməkdaşı 1987-ci il təvəllüdlü Ramin Həbibovun elektrik xətti çəkərkən mina partlaması nəticəsində sağ ayağının dizdən aşağı hissəsinin amputasiyası xəsarəti alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Hazırda faktla bağlı Şuşa rayon prokurorluğunda araşdırma aparılır.
Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) də Şuşa şəhəri ərazisində baş verən mina hadisəsi barədə məlumat yayıb.
KONKRET.az xəbər verir ki, ANAMA-nın mətbuat xidmətindən verilən məlumata görə, dekabrın 7-də Şuşa şəhəri yaxınlığında keçmiş erməni postu ərazisində minalardan təmizlənməyən ərazidə mina hadisəsi baş verib.
Məlumata əsasən piyada əleyhinə mina partlayışı nəticəsində elektrik təsərrüfat işləri ilə məşğul olan Lerik rayon sakini, 1987-ci il təvəllüdlü Həbibov Rahim Şirməmməd oğlu xəsarət alıb.
***
12:11
Dekabrın 7-də saat 11:15 radələrində Şuşa şəhəri Tar sexi ərazisində elektirik təsəfərrüfat sahəsində çalışan Lerik rayon sakini, 1987-ci il təvəllüdlü Rahim Həbibovun minaya düşməsi ilə bağlı polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib ki, həmin şəxs ayağından xəsarət alıb. O polis əməkdaşlarının köməyi ilə ərazidən çıxarılaraq xəstəxanaya təxliyyə edilib.
Araşdırma aparılır.APA
Kurslar.az kurslar [newsid: 0-123300]

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi