Şuşada türkdilli dövlətlərin beyin mərkəzlərinin konfransı keçirilir
Şuşada Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin beyin mərkəzlərinin konfransı keçirilir.
KONKRET.az xəbər verir ki, konfransda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev, Türk Dövlətləri Təşkilatının baş katibinin müavini Qismət Gözəlov, təşkilata üzv olan ölkələrdən ekspert və analitiklər iştirak edirlər.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev açılışda bildirib ki, türk ölkələri arasında əməkdaşlığın gücləndirilməsi gündəmdədir:
"Son vaxtlar türk dünyasında mühüm hadisələr baş verib: Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana səfəri, Azərbaycan-Qazaxıstan-Türkiyə platformasının yaradılması və s".
Qismət Gözəlov öz növbəsində belə bir görüşün Şuşada keçirilməsinin xüsusilə xoş olduğunu vurğulayıb.
"Müharibə və münaqişələrlə dolu 21-ci əsrdə TDT sülh və təhlükəsizliyə çağırış missiyasını yerinə yetirməyə çalışır. Azərbaycan ordusunun Qarabağ müharibəsində qələbəsi və türk ölkələrinin dəstəyi təşkilatın gücünü göstərir. Onu da qeyd etmək yerinə düşər ki, Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyə arasında münasibətləri yeni səviyyəyə çıxarmaqla yanaşı, iki türk dövlətinin qardaşlığının və iradəsinin simvoluna çevrilib", – baş katibin müavini qeyd edib.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?