Süveyş kanalında GƏRGİNLİK: 321 gəmi keçid növbəsi gözləyir
Nəhəng yük gəmisinin saya oturması nəticəsində bağlanmış Süveyş kanalının girişində 321 gəmi keçid növbəsi gözləyir.
Publika.az xəbər verir ki, bu barədə Misirin Süveyş Kanalı İdarəsinin rəhbəri Osama Rabiyə keçirdiyi mətbuat konfransında məlumat verib.
Jurnalistlərə bildirilib ki, Panama bayrağı altında üzən və 400 metr uzunluğunda olan "Ever Given" yük gəmisinin altından və ətrafından 90 min ton ballast suyu təmizlənib. Misir rəsmisi əlavə edib ki, insidentin əsas səbəbi bir gün əvvəl həmin ərazidə baş verən güclü qum fırtınası nəticəsində kanalın dayazlaşması olub.
Misir Prezidentinin tapşırığına əsasən kanalın açılması işlərinə nəzarət edən Baş nazir Mustafa Mədbuli yardım təklif edən ölkələrə təşəkkür edərək bildirib ki, təmizləmə işləri uğurla davam etdirilir. Burada artıq 14 yedək gəmisi "Ever Given"in tezliklə yola salınması üçün əsas işləri görür. Bununla belə, Misir rəsmisi Süveyş kanalının açılacağı dəqiq tarixi söyləməyib.

Türkiyə millisinin heyəti açıqlandı
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
"Turan Tovuz"un qapıçısı millimizə qarşı oynaya bilər
Azərbaycan kubokunun püşkü atıldı
Cəlilabadda hadisə: Yük maşınının altında…
Kim Kardaşyan haqqında qəribə məhkəmə qərarı - 1 avro kompensasiya
Qubada yol qəzasında 5 nəfər xəsarət aldı
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pislədi
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
Salyanda motosiklet piyadanı vuraraq öldürdü
Bu günün valyuta məzənnələri
Xruşşov Disneylendə getmək istəyirdi, amma... – Sovet liderinin Amerikada macəraları
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı
Hikmət Hacıyev və Almaniya səfiri ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər