Suxumi qalereyasında YANĞIN - 4 min sənət əsəri KÜL OLDU
Gürcüstanın Abxaziya bölgəsində, Suxumidəki Milli Rəsm Qalereyasında yanğın baş verib. Nəticədə 4 minə qədər rəsm yanıb.
KONKRET.az xəbər verir ki, bu barədə Abxaziya separatçılarının Fövqəladə Hallar Mərkəzi məlumat yayıb.
Bildirilir ki, yanğın qalereyanın mərkəzi sərgi salonunda baş verib.
Yanan rəsmlər arasında ilk peşəkar abxaz rəssamı və məşhur quruluşçu rəssamı Aleksandr Çaçba-Şervaşidzenin 300-ə qədər əsəri var.
"Qondarma Abxaziya Respublikası"nın mədəniyyət nazirinin vəzifələrini icra edən Dinara Smir jurnalistlərə açıqlamasında deyib: "Ötən əsrin 60-cı illərinin əvvəllərində Suxumidə Abxaziya Dövlət Muzeyinin filialının bazasında Milli Rəsm Qalereyası açılmışdı və bu, ən böyük qalereya idi. Qalereyada 4 min nüsxədən çox sənət əsəri saxlanılırdı. Hər şeyin yandığını deyə bilərik".
Suxumi hakimiyyəti qalereyada baş verən yanğını abxaz mədəniyyəti üçün "bərpaolunmaz itki" adlandırıb.
İlkin versiyaya görə, yanğına elektrik xəttindəki qısaqapanma səbəb olub.

"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi
Qazancına görə bütün futbolçuları geridə qoydu
Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu
Beyləqanda müəllim komaya düşüb öldü - Foto
Gəncədə beşaylıq körpə ölüb
Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
Prezident İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib
Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu
DYP-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
BDYPİ sürücülərə xəbərdarlıq etdi
Şahdağ və Kəlbəcərə qar yağıb
Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
"Eşref Tek" nə vaxt yayımlanacaq?