Tahir Gözəl "Neftçi"yə təşəkkür etdi
"Qarabağ" klubunun prezidenti Tahir Gözəl UEFA Çempionlar Liqasının pley-off mərhələsi ərəfəsində nümayiş etdirdiyi konstruktiv mövqeyə görə "Neftçi" rəhbərliyinə minnətdarlığını bildirib.
KONKRET.az xəbər verir ki, klub rəhbəri İngiltərənin "Nyukasl" komandası ilə keçiriləcək vacib oyunlar arasındakı sıx qrafiki nəzərə alaraq Misli Premyer Liqasının XXI turundakı "derbi"nin təxirə salınmasına razılıq verən rəqib kluba təşəkkür edib:
"Oyunun təxirə salınması ilə bağlı göstərilən anlayış və konstruktiv mövqeyə görə "Neftçi" rəhbərliyinə və İdarə Heyətinə səmimi təşəkkürümü bildirirəm. "Neftçi" klubu bu qərarı ilə bir daha öz futbol ənənəsinə, əsalətinə və Azərbaycan futbolunun ümumi maraqlarına sadiqliyini nümayiş etdirdi. Bu addım sübut etdi ki, rəqabət nə qədər prinsipial olsa da, milli ruh, qarşılıqlı hörmət və birlik hər zaman prioritet olaraq qalır.
İnanıram ki, bu cür yanaşmalar ölkə futbolunun inkişafına və klublar arasında sağlam münasibətlərin daha da möhkəmlənməsinə xidmət edir. Eyni zamanda, müraciətimizə əsasnaməyə uyğun, operativ və obyektiv şəkildə yanaşdığına görə Peşəkar Futbol Liqasına minnətdarlığımı bildirirəm. "Neftçi"yə gələcək fəaliyyətində uğurlar arzulayıram".
Qeyd edək ki, Misli Premyer Liqasının 21-ci turunda üz-üzə gələcək "Neftçi" və "Qarabağ"ın fevralın 21-nə nəzərdə tutulan oyunu təxirə salınıb.

Bu, Makronun mövqeyini zəiflətdi – Politiko
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
İdeal dövləti necə qurmaq olar?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA