Taksilərlə bağlı yeni tələblər metroda qatarların sayını artıra bilər

Taksilərlə bağlı yeni tələblər metroda qatarların sayını artıra bilərArtıq iyulun 1-dən etibarən buraxılış tarixindən 8 ildən artıq müddət keçmiş avtonəqliyyat vasitələrinə taksi fəaliyyəti üçün buraxılış kartı verilməyəcək. Nazirlər Kabinetinin 27 mart 2024-cü il tarixli qərarı ilə təsdiqlənən və 1 iyul 2024-cü ildən qüvvəyə minən "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər"də qeyd edilir ki, , buraxılış kartı almaq üçün taksi minik avtomobilləri ən azı "avro-5" ekoloji standartına uyğun olmalıdır. Həmçinin bu gündən sonra buraxılış kartı almaq üçün təqdim olunan avtomobillər 2024-cü ilin iyul ayının 1-dən sonra ölkəmizə idxal edilmişdirsə və ya ölkəmizdə istehsal olunmuşdursa, onların rəngi ağ və ya qırmızı olmalıdır.
Cari ayın əvvəlindən qüvvəyə minən bu tələbələr səbəbindən taksi qiymətlərində artım müşahidə edilir. Sözügedən artım səbəbindən ictimai nəqliyyatda əhali sıxlıq olması qaçılmazdır.
Bəs, ictimai nəqliyyatda əhali sıxlığının qarşısının alınması üçün hansı tədbir atılacaq?
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Trend-in sualını cavablayarkən bildirib ki, əgər sərnişin sayında hər hansı bir artım müşahidə olunarsa, ehtiyat qatarların dərhal xəttə verilməsində hər hansı bir problem yaşanmayacaq.
"Taksi fəaliyyətinin tənzimlənməsi ilə bağlı müvafiq qərar imzalandıqdan sonra Bakı Metropoliteni müxtəlif dövrlərdə monitorinq tədbirlər planına bu məsələ xüsusi olaraq salınıb. Hazırda yay dövrü olduğu üçün sərnişinlərin sayında azalma olur. Hər gün sərnişin axınının tənzimlənməsi üzrə müvafiq tədbirlər görülməsi üçün hazırlıq vəziyyəti var. Əgər sərnişin sayında hər hansı bir artım müşahidə olunarsa, ehtiyat qatarların dərhal xəttə verilməsində hər hansı bir problem yaşanmayacaq. Ümumiyyətlə bu proses davamlı olarsa, qatarların hərəkət qrafikinə baxılması və müvafiq düzəlişlərin edilməsi istisna edilmir", - deyə o əlavə edib.
azxeber.com xəbər verir ki, məsələ ilə bağlı Trend-ə açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov qeyd edib ki, taksilərlə bağlı qüvvəyə minən tələblər ictimi nəqliyyatda müəyyən mənada balans yaradacaq.
"Müvafiq qurumlan elan ediblər ki, taksilərin sayının azalması avtobus və metroda qatarların sayının artması ilə müşahidə olunacaq və balans yaranacaq. İctimai nəqliyyatda qatar və avtobus sayının artması intervalı azalda bilər.
Elan olunub ki, payızda ölkəmizə 150 yeni elektrik mühərrikli avtobuslar gətiriləcək. Bu sayda avtobus gətirilsə, düşünürəm ki, ictimai nəqliyyatda problemlər aradan qaldırıla bilər", - deyə ekspert vurğulayıb.
Nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov isə Trend-in suallarını cavablandırarkən bildirib ki, ictimai nəqliyyatda xidmət keyfiyyəti taksi sahəsindəki islahatlarla paralel aparılmalıdır.
"Ötən ilin iyul ayından bəri qanunvericilikdə müəyyən dəyişikliklər oldu. Əsas hədəf odur ki, taksi fəaliyyətində xaos aradan qaldırılsın, xidmət yaxşılaşdırılsın. Hər kəs istəyər ki, istənilən xidmət sahəsində nizam-intizam olsun. Həm də yollarda təhlükəsizlik təmin olunur. Taksi fəaliyyətinin belə geniş yayılmasının iki səbəbi var. Birincisi odur ki, ictimai nəqliyyat qaydasında deyil. Taksilər ictimai nəqliyyat rolunu yerinə yetirirdilər. Onlara belə çox tələbatın olmasının səbəbi avtobusların ya az olması, ya da qane etməməsidir.
İkinci səbəb isə, bəzi insanlara taksi fəaliyyəti daha rahat gəlir, qazanv mənbəyi olaraq görürdülər. İndi bu islahatlar o vaxt özünü doğruladacaq ki, ictimai nəqliyyat inkişaf etsin. Məsələn, Abşeron yarımadasında elə yerlər var ki, orada marşrutlar yoxdur və ya zamanında işləmir. İctimai nəqliyyatda xidmət keyfiyyəti taksi sahəsindəki islahatlarla paralel aparılmalıdır. Avtobuslara əlçatanlıq təmin edilməlidir, dəqiq qrafiklə işləməlidirlər, sürücülər mədəni, avtobuslar təmiz olmalıdır. Bu istiqamətdə işlər görülsə, problemlər aradan qaldırılacaq", - deyə o əlavə edib.

Sosial       Tarix: 02 iyul 2024
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Göygöldə 32 yaşlı kişi bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib. xəbər verir ki, hadisə rayonun Hacıməlik kəndində qeydə alınıb. Belə ki, 1994-cü il təvəllüdlü Elcan Həsənov bıçaqlanma diaqnozu ilə Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki

Bakıda qardaş kürəyindən bıçaqlandı - Bacı şübhəli bilinir

Bakının Suraxanı rayonunda qardaşla bacı arasında bıçaqlanma hadisəsi baş verib. 1990-cı il təvəllüdlü Qurbanov Rəfael Səfərəli oğlu bacısı Qurbanova Sura Səfəralı qızını bıçaqlayıb. Daha sonra S.Qurbanova da qardaşını kürəyində


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən video enson xeberler valyuta mezennesi 2026 xeberler bugun